Səbail rayonunda Xocalı soyqırımının 32-ci illiyinə həsr olunmuş tədbir keçirilib
26.02.2024 [17:17]
Səbail rayonunda yerləşən 49 nömrəli məktəb-liseydə Xocalı soyqırımının otuz ikinci illiyinə həsr olunmuş tədbir keçirilib.
İlk öncə Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Xocalı soyqırımı ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Xocalı soyqırımında ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşilikdən danışıb. Qeyd edilib ki, Xocalı soyqırımı zamanı 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla, 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. "Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün dövlət tərəfindən ardıcıl fəaliyyətlər göstərilib. Bu gün dövlət tərəfindən bu istiqamətdə işlər görülür. Həmçinin hazırda işğaldan azad olunan bölgələrdə yüksəksəviyyədə bərpa-quruculuq işləri həyata keçirilir. Biz bir xalq, dövlət olaraq Prezident İlham Əliyevin ətrafında birləşərək Qələbə qazandıq", - deyə M.Nağıyev qeyd edib.
Səbail rayon İcra Hakimiyyətinin başçısının müavini Kəmalə Həşimova ermənilərin törətdiyi Xocalı soyqırımının insanlığa və bəşəriyyətə qarşı cinayət olduğunu deyib. Bildirib ki, bu ağır faciə xalqımızı, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli mübarizəyə səfərbər edib.
K.Həşimova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını alıb, şəhidlərimizin qanı yerdə qalmayıb.
49 nömrəli məktəb-liseyin direktoru Elza Bağırzadə təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. O diqqətə çatdırıb ki, faciədən illər ötsə də, Azərbaycan xalqının öz başına gətirilən bu hadisələri heç zaman unutmayaq və gələcək nəsillərə ötürəcək.
Xocalı sakini, faciənin canlı şahidi Rəhman İsmayılov faciə gecəsi yaşadıqları ərazidə başına gələn acınacaqlı və şahidi olduğu dəhşətli hadisələrdən ürək ağrısı ilə bəhs edib.
Digər çıxış edənlər şəhid Murad Qurbanovun anası Mehriban Əmrahova və qazi Ramin Şirinov yüzlərlə günahsız sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı faciəsinin dünyanın ən qanlı cinayətlərindən biri olduğunu vurğulayıblar.
Çıxışçılar Ali Baş Komandan İlham Əliyev və məğrur igidlərimiz sayəsində torpaqlarımız uğrunda şəhid olanların qısasının alındığını xüsusi vurğulayıblar.
Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58

