Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli səhifələrindəndir
26.02.2024 [10:25]
200 il ərzində Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qaldı. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salındı, kütləvi qətl və qırğınlara düçar oldular. Tarixi havadarlarından böyük dəstək alan mənfur ermənilər 32 il müddətində başladıqları qanlı münaqişə nəticəsində Qarabağımızı, ümumilikdə 20 faiz torpaqlarımızı illərlə işğal altında saxladılar. Bir milyondan artıq soydaşımız öz doğma Vətənində köçkün, qaçqın həyatı yaşamağa məcbur oldu. Tarixi torpaqlarımız, yaşayış yerlərimiz, maddi-mədəniyyət abidələrimiz erməni faşistləri tərəfindən barbarcasına yerlə-yeksan edildi.
Bədnam qonşularımız 1905-1906, 1918-1920-ci illərdə xalqımıza qarşı həyata keçirdikləri etnik soyqırımı siyasətini 1992-ci ildə bəşəriyyət tarixində ən amansız qətliam olan Xocalı faciəsi ilə davam etdirdilər.
Bütün soyqırımlarda düşmənin məqsəd və hədəfi eyni idi - Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" dövlətini qurmaq. Ermənilərin XX əsrin 80-ci illərindəki təcavüzü 20 mindən çox soydaşımızın şəhidliyi, 50 min nəfərin yaralanması və əlil olması, 4866 nəfərin itkin düşməsi ilə nəticələndi. Xocalı soyqırımı isə bədnam qonşularımızın ölkəmizə qarşı başladıqları müharibənin ən dəhşətli səhifəsidir, insanlığa qarşı ən böyük cinayətidir. Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə irimiqyaslı hücuma başlayan erməni qəsbkarları 613 nəfər dinc sakini qətlə yetirdilər, yüzlərlə soydaşımız əsir düşdü, şikəst oldu, vandallar tərəfindən girov götürüldü
Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırım aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir.
Xocalı soyqırımına yalnız ümummilli liderimiz Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verildi.
1994-cü il fevralın 24-də Milli Məclisdə Xocalı soyqırımı ilə bağlı qərar və bəyanat qəbul edildi, dünya parlamentlərinə, beynəlxalq təşkilatlara göndərildi.
Çox təəssüf ki, Xocalı soyqırımı hələ də beynəlxalq aləmdə əsl hüquqi-siyasi qiymətini tapmayıb və günahkarlar cəzalarına çatmayıblar.
Xocalı qətliamından 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.
Bu gün artıq Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin uzaqgörən siyasəti, Azərbaycan Ordusunun yüksək səviyyədə hazırlığı və peşəkarlığı, igid Azərbaycan övladlarının qəhrəmanlığı sayəsində torpaqlarımız düşmən tapdağı altından azad edildi. Azərbaycan xalqı Prezidentinin ətrafında sıx birləşdi. “Dəmir yumruq” qalib gəldi.
Ermənilərin illərlə özləri haqqında yaratdıqları mif 44 günlük müharibə ərzində darmadağın oldu. Onların müharibə etmək qabiliyyəti olmadıqları, yalnız əliyalın dinc əhaliyə gücləri çatdığı məlum oldu.
Azərbaycan xalqı vətənin bütövlüyü uğrunda şəhid olanların və eyni zamanda Xocalı şəhidlərinin qisasını aldı.
Azərbaycan öz ərazisini bərpa etdi. Azərbaycanın bütövlüyü uğrunda şəhid olanları və Xocalı şəhidlərini Azərbaycan xalqı həmişə ehtiramla yad edəcək.
Fidan Hüseynova,
YAP Quba rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11

