Dayanıqlı inkişaf, güclü ordu, dünyaya səs salan Zəfər
18.12.2023 [11:57]
Abil Ağasəfov, YAP Qəbələ rayon təşkilatının sədri
Bugünümüzün əsas müzakirə mövzusu Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq keçiriləcək növbədənkənar prezident seçkiləridir. Seçkilər həm arxada qalan illərdə görülən işlərə baxış, həm də qarşıdakı dövr üçün hədəflərin açıqlanmasıdır. Bir mühüm, eyni zamanda, ölkəmizin, xalqımızın gələcəyinin təminatı olan addımı da qeyd etməliyik ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və yekdilliklə qəbul olundu. Bu qərar, həmçinin, xalqımızın Prezidentinə sevgisinin, inamının, Onunla birgə addımlamaq istəyinin təqdimatı oldu. Xalqımız bu mühüm addımı böyük sevinc hissi ilə qarşıladı. 2003-cü ildən başlanan yolun uğurları göz qabağındadır. Ulu Öndər Heydər Əliyev 2003-cü il prezident seçkilərində namizədliyini cənab İlham Əliyevin xeyrinə geri götürərək belə bir inamı ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi işləri, planları İlham Əliyev xalqın və Yeni Azərbaycan Partiyasının dəstəyi ilə axıra çatdıra biləcək. Ümummilli Lider cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi.
Ümummilli Lider Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 20 ildə uğurlu davamının nəticələri göz önündədir. Azərbaycan dayanıqlı və davamlı inkişafı ilə dünyanın diqqətindədir. İqtisadi tərəqqi hər bir sahədə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycana hansı sahədən diqqət yetirsək böyük inkişafın, tərəqqinin, yeniliyin şahidi oluruq. İqtisadi tərəqqi ordu quruculuğu sahəsində mühüm addımların atılmasına yol açdı. 20 ilin mühüm uğurlarından biri düşünülmüş və məqsədyönlü siyasətin nəticəsində məğrur, yenilməz xalq olmağımızla fəxr etməyimizdir. Azərbaycan xalqının başı uca, alnı açıqdır. 44 günlük İkinci Qarabağ müharibəsində Zəfərimiz milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. İşğal altında olan torpaqlarımız azad olundu, öz tarixi sahibinə qayıtdı. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nail olduğu möhtəşəm uğurlar Ulu Öndər Heydər Əliyevin arzularının həyata vəsiqə almasının təsdiqidir. Bu gün qürurla qeyd edirik ki, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. O Azərbaycan ki, siyasətində müstəqildir, davamlı inkişaf modeli dünyaya nümunədir, qalib ölkə kimi nüfuz qazanıb. Artlq torpaqlarımız işğal altında deyil. Soydaşlarımızın torpaq həsrətinə son qoyulub.
Azərbaycanın regional inkişafın aparıcı qüvvəsinə, dünya birliyinin fəal üzvünə çevrilməsini şərtləndirən mühüm amil xarici siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur. Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. İqtisadi müstəqillik Azərbaycanın siyasi müstəqilliyini şərtləndirdi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyi, ən əsası bu gün tarixə qovuşan Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi bazanın mövcudluğu Azərbaycan Ordusunun döyüş meydanında qələbəsinə yol açdı. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın dövlət büdcəsində Silahlı Qüvvələrə ayrılan vəsait birinci yerdə qərarlaşıb. Bu, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, güclü hərbi-sənaye kompleksinin yaradılmasına təkan verib. Vətən müharibəsində Azərbaycanın güclü ordu modeli bir sistem olaraq qalib gəldi. Ötən dövrdə qoşun birləşmələrinin döyüş hazırlığı müasir standartlar səviyyəsinə çatdırılıb. Əməliyyat işləri, idarəetmə təkmilləşdirilir, xeyli sayda təlimlər keçirilib. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni silah sistemləri alınaraq istifadəyə verilib. Azərbaycan güclü müdafiə sənayesi yaradıb, ölkədə müasir silahların istehsalına başlanıb. Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyinin ən böyük qarantıdır və o bu vəzifəsini Vətən müharibəsinin gedişində layiqincə təsdiqlədi.
Azərbaycan hər bir sahədə zəngin təcrübəyə malikdir. Bütün bunlar Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.
Qısa təhlil cənab İlham Əliyevin Prezidentliyə namizədliyini şərtləndirən amillərə işıq salır. Xalqımız cənab İlham Əliyevin Azərbaycana qazandırdığı uğurlardan bəhs edərkən torpaqlarımızın düşmən tapdağından azad edilməsini xüsusi qeyd edir. Məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təmin olunması növbədənkənar seçkilərin keçirilməsini zərurətə çevirdi. Xalqımız 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevin ətrafında sıx birləşəcək, Azərbaycana möhtəşəm uğurlar vəd edən yeni-yeni hədəflərin reallığa çevrilməsinə dəstək verəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

