İnkişaf etmiş iqtisadiyyatımız, yenilməz ordumuz və güclü liderimiz var
16.10.2023 [15:52]
Müasir Azərbaycan tarixində Oktyabr ayı zəngin hadisələrlə bol aydır. Məhz bu ayda Azərbaycan öz müstəqilliyini bərpa etdi, ulu öndər Heydər Əliyev ölkə prezidenti seçildi. Bu ayı xalqımız üçün əlamətdar edən, həm də dövlətimizin başçısı cənab İlham Əliyevin ilk dəfə 20 il öncə - 15 oktyabr 2003-cü ildə xalqın böyük əksəriyyətinin, seçicilərin 76 faizdən çoxunun səsini qazanaraq Prezident seçilməsi oldu. Həmin ildə keçirilən andiçmə mərasimində İlham Əliyev bildirdi: “Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.” Verdiyi bütün vədləri bütünlüklə yerinə yetirən cənab İlham Əliyev noyabrın 8-də Qarabağımızın tacı Şuşanın işğaldan azad olunması müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən keçirdiyi xoşbəxtlik hissini belə ifadə etdi: “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!” Bu Qələbə möhkəm təmələ əsaslanan Heydər Əliyev siyasətinin son 20 ildə uğurla davam etdirilməsinin nəticəsi idi. Bu siyasət ilk növbədə inkişaf, yüksək sosial rifah, güclü müstəqillik və qüdrətli dövlətçilik deməkdir.
2003-cü ildən indiyə qədər ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycan möhkəm təməl üzərində cənab İlham Əliyevin rəhbərliyi ilə biri-birindən əhəmiyyətli uğurlara imza atır, dünya birliyinin layiqli üzvü kimi yerini və rolunu möhkəmləndirir. Bu gün hər birimiz möhtərəm Prezidentin qətiyyətli siyasətinə, Azərbaycanı dinamik inkişaf etdirməsinə şahidlik edirik.Bu dövr Azərbaycanın tarixinə inkişaf, quruculuq, müstəqilliyimizin və dövlətçiliyimizin daha da qüdrətləndiyi illər kimi yazılıb. Hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevin hakimiyyəti dövründə ölkədə 2 milyona yaxın yeni iş yeri açılıb, əməkhaqqı 5 dəfədən, pensiyalar isə 8 dəfədən çox artırılıb. İşsizlik səviyyəsi 5 faizə düşüb, yoxsulluq isə 49 faizdən 5 faizə endirilib. Azərbaycan bu müddət ərzində nəqliyyat dəhlizlərində fəal iştirak edib, Avrasiyada mühüm tranzit və logistika mərkəzlərindən birinə çevrilib. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq – Qərb və Şimal – Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı–Tbilisi–Qars dəmir yolunun Bakıda rəsmi açılışı olub. Azərbaycanın Rusiya Federasiyası, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları inşa edilib. İlham Əliyev 20 ildə Azərbaycanı dünyanın ən sürətli inkişaf edən dövlətinə çevirib, iqtisadi inkişafın Azərbaycan modelini yaradıb.
20 il zaman baxımından qısa dövr olsa da uğurların miqyasına və onların zirvəsində dayanan Zəfərimizə diqqət yetirdikdə böyük qürur hissi keçiririk. Vətən müharibəsi zamanı bir çox ərazilərimizin işğaldan azad edilməsi də oktyabra təsadüf etdi. Üç il öncə haqq savaşına qalxan Azərbaycanın cəmi 44 gündə qazandığı möhtəşəm qələbə 30 illik həsrətə son qoyub şanlı tariximizdə yeni səhifə açdı. Bu son 200 illik Azərbaycan tarixində qazanılmış ən böyük qələbədir.
Bu Zəfər 30 il köksümüzə dağ çəkib qaysaqlanmayan yaralara da məlhəm oldu. Daha işğal tarixlərinin acı, məyusedici xatirələrini, ildönümlərini deyil, qələbəmizin iftixarını,sevincini təntənəsini yaşayırıq.Uzun illər beynəlxalq təşkilatların və bəzi böyük dövlətlərin himayə etdiyi işğalçı Ermənistan Azərbaycan Prezidentinin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Bu ilin 19 sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində ordumuz Qarabağdakı erməni separatizminin də kökünü kəsdi. Bu möhtəşəm qələbənin, Zəfərin baş memarı isə, əlbəttə ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.
Bu gün Azərbaycan regionda lider dövlətdir. Bizim inkişaf etmiş iqtisadiyyatımız, yenilməz ordumuz və güclü liderimiz vardır. Azərbaycan xalqı bundan sonra da təməli ulu öndər tərəfindən qoyulmuş siyasətə dəstək verərək müzəffər ali baş komandan cənab prezidentimiz İlham Əliyevin ətrafında daha da sıx birləşəcək , yeni hədəf və uğurlara doğru inamla irəliləyəcəkdir!
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

