20 illik qalibiyyət, zəfər yolu
13.10.2023 [13:57]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2003-cü ilin 15 oktyabrı…Həmin tarixi gündə – prezident seçkilərində Azərbaycan xalqı səsini dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə, ölkədə sabitliyin qorunmasına, inkişafa, tərəqqiyə verdi.
“Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. 2003-cü ilin prezident seçkilərində xalqa müraciətində dahi lider Heydər Əliyevin söylədiyi bu sözlər artıq tam təsdiqini tapıb.
Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sözün əsl mənasında böyük zirvələrə doğru irəliləyib, qüdrətini günü-gündən daha da artırıb. 2003-cü ildə İlham Əliyev Azərbaycan Prezidenti seçilərkən 42 yaşı vardı. Xalqın və dünyanın gözləri qarşısında ölkə başçımız cənab İlham Əliyev Ümummilli Liderin inkişaf strategiyasını, siyasi xəttini uğurla davam etdirdi. Dahi rəhbər Heydər Əliyevin bir dövlət kimi məhv olmaq təhlükəsindən xilas etdiyi müstəqil Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail oldu. Ulu Öndər Heydər Əliyevin siyasi varisi, layiqli davamçisı İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirdi.
Liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində Prezident cənab İlham Əliyevin öndə gedən liderlərdən biri kimi dünyanın siyasət aləmində böyük nüfuz qazandı. Ölkə Başçımız cənab İlham Əliyev isə öz fəaliyyəti ilə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu göstərməklə yanaşı ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı. Azərbaycanı yüksələn xətlə inkişaf edərək, bütün sahələrdə böyük uğurlar qazanaraq tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın beynəlxalq siyasi müstəvidə nüfuzu yüksələrək elə bir səviyyəyə çatıb ki, o artıq dünyanın super dövlətləri arasında baş verən münaqişələrin nizamlanmasında öz sözünü deyə bilir.
Azərbaycan tarixində heç zaman Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, 44 günlük Vətən müharibəsində Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.
Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırmaq, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir. Bu uğurları şərtləndirən yeganə amil isə Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasətdir.
Xəbər lenti
Hamısına baxDünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07

