Haqq savaşında qazanılan Böyük Zəfər
27.09.2023 [12:32]
Ölkə başçısı cənab İlham Əliyevin Sərəncamı ilə İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr ölkəmizdə Anım Günü kimi təsis olunub. Bu tarixi gün xalqımızı qələbəyə aparan 44 günlük yolun başlanğıcıdır. 44 gün davam edən İkinci Qarabağ müharibəsində siyasi, hərbi, diplomatik uğurları ilə beynəlxalq ictimaiyyəti heyrətləndirən Azərbaycan mənfur düşmənə layiq olduğu yeri göstərdi. Bir daha sübut olundu ki, başqasının torpaqlarına göz dikən, saxta tarix yazaraq əsassız təbliğatları ilə özünü haqlı tərəf kimi göstərməyə çalışan təcavüzkar dövləti sonda hansı aqibət gözləyir. Ədalət və beynəlxalq hüquq mövcuddur, buna nail olmaq üçün səy göstərilməli, yalana qarşı tarixi həqiqətlər qoyulmalıdır. Azərbaycan 30 il dünyanın ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsa da heç zaman haqlı mübarizəsindən geri dönmədi, ən yüksək tribunalardan erməni yalanlarını ifşa etdi, dünyaya sözün əsl mənasında tarix, hüquq və milli qürur dərsi keçdi. İşğalçını dəstəkləmək bu siyasətə dəstək olmaq deməkdir. Təəssüflər olsun ki, əksər dünya gücləri, nüfuzlu beynəlxalq təşkilatlar 30 ildə bunu maraqlarına görə ya dərk etmədilər, ya da dərk etmək istəmədilər. Ermənistan bu dəstəyə o qədər arxalandı ki, yeni ərazilər uğrunda müharibə planları hazırladı və 2020-ci ildə mütəmadi olaraq hərbi təxribatlar törətməklə bu planını açıq-aşkar büruzə verdi. İkinci Qarabağ müharibəsi başlamadan əvvəl, sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı dövlət başçısı İlham Əliyev bu tribunadan dünyaya Ermənistanın müharibə planı hazırladığını çatdırdı. Dünya gücləri bunu eşitsə də susmağa üstünlük verdilər. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən Azərbaycan ərazilərini raket atəşinə tutmaları İkinci Qarabağ müharibəsinin baş verməsinə səbəb oldu.
Qürur hissi ilə qeyd etməliyik ki, nəticədə Vətən oğullarımız öz canları, qanları ilə Zəfər tarixini yazdılar. Tarixi Zəfərimizdə torpaq, Vətən sevgimiz, xalqımızın birliyi, həmrəyliyi xüsusi rol oynadı. Azərbaycan xalqı bu Zəfərin fonunda yenilməz, məğrur xalq olduğunu dünyaya nümayiş etdirdi. Şanlı Qələbəmiz Azərbaycanın gələcəyi üçün möhkəm bünövrə olmaqla yanaşı, regionda dayanıqlı sülhün, əmin-amanlığın və təhlükəsizliyin təmin olunması üçün mühüm amil oldu.
Beləliklə, sentyabr ayı Azərbaycan tarixinə mübarizə və qələbələrin başlanğıcı ayı kimi yazıldı. Üç il qabaq - 27 sentyabr tarixində başlayan Vətən müharibəsi nəticəsində 30 illik işğal dövrünə son qoyuldu. Azərbaycan əraziləri Ermənistan silahlı qüvvələrinin tapdağından cəmi 44 günə azad edildi. Ancaq yenə də xain düşmən öz əməllərindən əl çəkmədi. Separatçı qüvvələrin qanunsuz silahlı birləşmələri unutdular ki, ya Azərbaycan vətəndaşı kimi bu ölkənin qanunları ilə yaşamağı qəbul edəcək, ya da çıxıb gedəcəklər. Anlamadılar ki, Azərbaycana reinteqrasiya edib, sülh şəraitində yaşamaq daha optimal variantdır. Azərbaycan dəfələrlə Qarabağda yaşayan erməni əhalinin təhlükəsizliyinin, sağlamlığının təminatına hazır olduğunu bəyan etsə də, qondarma rejim öz havadarlarına arxalanaraq prosesi ləngidirdi.
Azərbaycan dövləti Vətən müharibəsindən ötən 3 il ərzində böyük səbr nümayiş etdirdi, sülh və asayişin bərpası üçün ciddi cəhdlə çalışdı. Lakin Ermənistan Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətini davam etdirməkdən əl çəkmədi. Qonşu dövlət üçtərəfli Bəyanatın müddəalarına əməl etmir, qanunsuz silahlı qüvvələrini ərazilərimizdən çıxarmırdı. Qarabağ iqtisadi rayonunda davamlı olaraq səngərlər qazılır, silahlar daşınır, ən son istehsal olan minalar, əsasən də Ermənistanın özünün istehsal etdiyi minalar basdırılırdı. Qanunsuz silahlı qüvvələr tərəfindən Azərbaycanın Qarabağ bölgəsinə qayıdan dinc əhaliyə və hərbçilərimizə qarşı təxribatlar törədilirdi. Onlarla insan gizli yollarla basdırılmış minaların qurbanı oldu. Ölkəmiz yenə də səbir nümayiş etdirərək qarşı tərəfi sülhə çağırmış, bütün separatçı qüvvələrə, qanunsuz silahlı dəstə üzvlərinə silahı yerə qoyub, bölgəni könüllü şəkildə tərk etmələrini təklif etmişdir. Separatçılar ya anlamadılar, ya da kənar qüvvələrin təsiri nəticəsində şirnikləndirici yalan vədlərə inanıb anlamaq istəmədilər və sentyabrın 19-u səhər qanunsuz erməni silahlı dəstələri növbəti mina terroru törətdilər. Bu terror hadisəsi Azərbaycan üçün tarıma çəkilmiş səbrin sonu oldu. Ölkəmiz işğaldan azad edilmiş Qarabağ bölgəsinə köçürülən əhalinin, ərazidə bərpa-quruculuq işləri aparan insanların və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə başladı. Uğurla yerinə yetirilən lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan heç bir mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxartdı. Ermənistandan fərqli olaraq Azərbaycan dövləti mülki şəxslərin təhlükəsizliyini təmin etdi. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırdı. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz addımlarını beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq atdı və 10 noyabr Bəyanatının 4-cü maddəsini özü icra etmək məcburiyyətində qaldı.
Azərbaycan dövləti cəmi bir gün ərzində ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyaraq təslim oldular. Nəhayət 20 sentyabr 2023-cü il tarixində dövlətimiz ərazi bütövlüyümüzün bərpasını tamamilə təmin etdi və oz haqq savaşında Böyük Zəfərə nail oldu.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

