Müzəffər Ordumuz Azərbaycan tarixinin Zəfər səhifəsini yazdı
04.07.2023 [12:16]
Bayram Aslanov
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, regionun lider dövlətinə çevrilib.
Artıq üç ildir ki, Qarabağ zəfəri ilə böyük tarix yazan Azərbaycan Silahlı Qüvvələrinin yarandığı günu – 26 İyun tarixini xalqımız böyük qürur hissi ilə qeyd edir.
XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin ardıcıl, davamlı və yaradıcı şəkildə həyata keçirilməsinin nəticəsində hazırda Azərbaycan Ordusu tarixinin ən şərəfli dövrünü yaşayır. Müstəqil dövlət quruculuğumuzun bütün sahələrində olduğu kimi uğurla həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Ordusu yalnız bölgədə deyil, dünyanın inkişaf etmiş orduları arasında özünə layiqli yer tutub, adını müasir tariximizə qızıl hərflərlə yazdırıb.
1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımları atdı, ordunun peşəkar kadrlarla təmin olunması, texniki təchizatının yaxşılaşdırılması istiqamətlərində ciddi qərarlar qəbul etdi. Yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdıran Ümummilli lider Heydər Əliyev böyük uzaqgörənliklə 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu.
Müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılan Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi, ordu quruculuğu siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müasir ordu quruculuğu istiqamətində uzaqgörənliklə qəbul etdiyi qərarlar, atdığı qətiyyətli addımlar, həyata keçirdiyi kompleks tədbirlər Azərbaycan Ordusunu cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almasını təmin edib. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində işğal altında olan torpaqlarımız azad edildi. Şanlı Ordumuzun dünyanın müasir hərb tarixində misli görünməmiş uğurlu hərbi əməliyyatı dillərə dastan oldu. 44 günlük İkinci Vətən müharibəsi döğma Qarabağımızı, işğal altında qalan əzəli-əbədi torpaqlarımızı düşmən caynağından azad etdi, ölkə Prezidentimizin “Qarabağ Azərbaycandır, nida işarəsi” Soçi möhrününü birdəfəlik təsdiq etdi. Sentyabrın 27-də işğalçı Ermənistan hakimiyyətinin həyata keçirdiyi işğalçılıq planlarına Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən başladılan əks-hücum əməliyyatları sayəsində tarixi Zəfərimizlə son qoyuldu. Ölkə Prezidenti cənab İlham Əliyevin 17 illik hakimiyyəti dövründə həyata keçirdiyi son dərəcədə müdrik, uzaqgörən, balanslaşdırılmış siyasət nəticəsində işğalçı Ermənistanın, mənfur düşmənin bu illər ərzində sinsi-sinsi həyata keçirdikləri təcavüzkar, məkrli planları alt-üst oldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz, qəhrəman əsgərlərimiz düşmən tapdağı altında qalan müqəddəs torpaqlarımızın yarasına məlhəm çəkdi, elimizə, obamıza möhtəşəm Qələbəni ərməğan etdi, yurdundan didərgin düşən yüz minlərlə soydaşlarımızın doğma ata-baba yurduna qayıdış ümidlərini reallığa çevirdi. Müzəffər Ali Baş Komandan Qarabağımıza qalib sərkərdə kimi qədəm qoydu.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev şanlı Qələbənin qazanılmasının əsasında ən müasir silahların deyil, Azərbaycan Ordusunun qəhrəman hərbçilərinin dayandığını dəfələrlə vurğulayıb, Şanlı Ordumuzun qəhrəmanlığına və peşəkarlığına yüksək qiymət verib: “Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
Artıq Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dövlətinin üçrəngli bayrağı işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır, milli qürurumuz, kimliyimiz özümüzə qayıdıb, xalqımızın alnı açıq, üzü ağdır. Azərbaycan Ordusunun zəfəri ilə azadlığına qovuşmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir.
105 il əvvəl yaranan, formalaşan ordumuz ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı nəticəsində son illər ərzində inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu gün dünya ictimaiyyəti Şanlı Azərbaycan Ordusunun, regionun ən güclü ordusunun gücünə, qüdrətinə şahidlik edir. Hərbi qüdrətinin gündən-günə artması Azərbaycan dövlətini və Şanlı Ordusunu bölgədəki sabitliyin qarantına çevirib.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

