24 iyun 1993-cü il - ölkəmizdə yeni inkişaf mərhələsinin əsası qoyulduğu tarix
25.06.2023 [11:18]
Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin tarixdə çox önəmli uğurları və nailiyyətləri olmuşdur. Heç şübhəsiz ki, Ulu Öndərin ən böyük uğurlarından biri məhz ölkəmizin ən çətin dövrlərində xalqı bəladan qurtarması, xaosun və parçalanmanın qarşısını almasıdır.
Azərbaycan xalqı da öz liderini sevib və yaddaşlarda layiqli şəkildə bu günə kimi qoruyub saxlamışdır. Tarixə nəzər salsaq xalqımızın Heydər Əliyev şəxsiyyətinin olan sevgisinə səbəb ola biləcək bir çox misallar çəkmək, mühüm hadisələri xatırlatmaq olar.
“Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri kimi fəaliyyətə başlaması müstəqillik illərimizin dönüş nöqtəsi kimi tariximizə həkk olundu. Milli Qurtuluş Günü, xalqımızın nicat yolunun başlanğıcı hesab olunan bu tarixi əhəmiyyətli gün dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın düşdüyü ağır vəziyyətdən xilas edilməsi istiqamətində ən önəmli mərhələlərdən biri idi”.
Artıq ölkənin xaosa, anarxiyaya sürükləndiyini görən o zamankı hakimiyyət Bakı şəhərini tərk etmək qərarına gəldikdən sonra həmin ilin 24 iyun tarixində prezident səlahiyyətləri Ali Sovetin sədri, ümummilli lider Heydər Əliyevə verildi: “Məhz Ali Sovetin sədri Heydər Əliyevin 1993-cü il 24 iyunda Prezident səlahiyyətlərinin icra etməyə başlaması ilə ölkədə yeni idarəçilik mühiti, eləcə də ictimai-siyasi sabitlik hökm sürməyə başladı. Ulu öndər Heydər Əliyev gecə-gündüz bilmədən Azərbaycan dövlətçiliyini qorumağa, ölkəmizin başını almış qara buludları dağıtmağa başladı. Beləliklə, dahi şəxsiyyətin idarəçilik bacarığı, əzmkarlığı və qətiyyəti sayəsində qısa zaman ərzində mühüm dəyişikliklərə nail olundu. Siyasi iradə, bilik və bacarıq, praqmatik düşüncə qabiliyyəti, müdriklik, uzaqgörənlik, uzun illərin uğurlu təcrübəsi, şəxsi nüfuzu və s. keyfiyyətləri sayəsində Azərbaycan güclənməyə, üzləşdiyi fəlakətləri dəf etməyə və qarşısına hədəflər müəyyənləşdirməyə başladı”.
Heydər Əliyevin ölkəmizdə prezident səlahiyyətlərinin icrasına başlamasını tariximizin ən parlaq səhifələrindən biri kimi ədalətin və milli iradənin təntənəsi hesab etmək olar. Təbii ki, bu, eyni zamanda xalqımızın istək və arzusunun reallaşması idi. Çünki Azərbaycan xalqı artıq üzləşdiyi müsibətlərdən, təhlükələrdən çıxış yolunu ancaq dahi şəxsiyyət Heydər Əliyevdə görürdü. Tarix sübut etdi ki, xalqımız qətiyyən yanılmayıb və xilaskarlıq missiyyasını öz üzərinə götürən ulu öndər Azərbaycanı dövlət müstəqilliyini itirməkdən, daha dəhşətli vətəndaş müharibələrindən xilas etdi: “Ümummilli liderimiz Heydər Əliyevin iyunun 24-də prezidentlik səlahiyyətlərini icra etməyə başlaması, xalqımızın ictimai-siyasi fikir tarixində də dönüş nöqtəsi oldu. Dövlətimizin möhkəmlənməsi, ayrı-ayrı sahələrin inkişafına göstərilən diqqət və qayğı, əldə olunan uğurlar xalqımızın özünəqayıdışının əsas təkanverici qüvvəsi oldu”.
Ulu Öndər ilk gündən etibarən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və mövcud istiqamətdə davamlı islahatların reallaşdırılmasını təmin etmişdir. Respublikamızda cinayətkarlıq və digər hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edilmişdir. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir.
“Bir sözlə, qürurla demək olar ki, ümummilli lider Heydər Əliyevin ruhu şaddır. Çünki ulu öndərin ideyaları və siyasət kursu davam edir, qurub-yaratdığı müstəqil Azərbaycanımız tarixi zəfərə imza atan, getdikcə qüdrətlənən və inkişaf edən dövlətlərdən biridir. Azərbaycanın inkişaf göstəricilər beynəlxalq reytinq cədvəllərində və hesabatlarında öz əksini tapır. Dövlətimizin və xalqımızım nailiyyətlərinin bundan sonra uğurla davam edəcəyinə heç bir şübhə yoxdur. Artıq xalqımız işğaldan azad edilmiş torpaqlarımızın dirçəldilməsi prosesini qürurla və səylə yerinə yetirir. Qarabağımız Vətənimizin bir parçası kimi inkişaf edəcək, əvvəlki görkəminə və möhtəşəmliyinə qayıdacaq”.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18

