Ağstafada “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib
14.06.2023 [16:50]
Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa Aqrar Sənaye Kompleksinin böyük akt zalında “Milli Qurtuluşumuzun 30-cu ildönümü” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, şəhid ailələri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ağstafa rayon Heydər Əliyev Mərkəzinin önündə Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirin keçirildiyi zalda ilk öncə Dövlət Himnimiz səsləndirilib və ulu öndər Heydər Əliyevin, Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra səhnənin böyük monitorunda nümayiş etdirilən “15 iyun–Milli Qurtuluş Günü və onun müəllifi, müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyev” mövzusunda video reportaja tamaşa olunub.
Tədbiri giriş sözü ilə açan Seymur Orucov qeyd edib ki, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtması ilə ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
Digər çıxış edən natiqlər - YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Ağstafa rayon şöbəsinin müdiri Asif Qənbərov, Mərkəzi Xəstəxananın həkimi Murad Babakişizadə, Mədəniyyət Mərkəzinin direktor əvəzi Xuraman Əzimova Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, onun gələcək həyatını müəyyən edən və tariximizə ulu öndər Heydər Əliyev tərəfindən qızıl hərflərlə həkk olunan 15 İyun – Milli Qurtuluş Günü haqqında geniş məruzələrlə çıxış ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə bir qrup şəxs Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif olunublar.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42

