Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir
05.06.2023 [13:46]
Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa etdikdən sonra əvvəl Türkiyə, ardınca isə İsrail müstəqilliyimizi rəsmən tanımışdır. Ölkələrimiz arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Son vaxtlar qarşılıqlı diplomatik səfərlərin reallaşması buna nümunədir. Cari ilin may ayının 30-da İsrail Prezidenti İshak Hersoq və xanımı Mixal Sislan Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycan Respublikasına iki günlük rəsmi səfərə gəlib. İki dövlət arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu səfərdə İshak Hersoqu 40 nəfərə yaxın nümayəndə heyəti müşayiət edib.
2023-cü il 29 mart tarixində İsraildə Azərbaycan səfirliyinin açılması iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə, yeni strateji səviyyəyə çatdırılmasına təkan verdi, ikitərəfli əməkdaşlığın gücləndirilməsinə gətirib çıxardı.
Ümumilli Lider Heydər Əliyevdə Azərbaycan – İsrail münasibətlərinə xüsusi əhəmiyyət verirdi. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Ümumilli Lider Heydər Əliyev yəhudilərin əsrlər boyu burada azərbaycanlılarla dost və mehribancasına yaşadığını bildirərək qeyd edirdi ki, "Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."
Azərbaycan-İsrail əməkdaşlığı yalnız ticarət əlaqələrində deyil, bir sıra siyasi məsələlərin həllində də özünü büruzə vermişdir. İkinci Qarabağ müharibəsində qazandığımız şanlı zəfər ölkəmizin nüfuzunu daha da artırdı. Rəşadətli Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində tarixi ədalət bərpa olundu. 44 günlük müharibə dövründə xalqımızın haqq işinə dəstək göstərən dövlətlərdən biri də İsrail idi. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanda yaşayan yəhudi qardaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda azərbaycanlılar ilə birgə çiyin-çiyinə vuruşublar. Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə və bütün digər azlıqların nümayəndələri ilə birgə vuruşublar”.
2023-cü ilin yanvar – fevral aylarında Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə dövriyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin uğurlu inkişafının daha bir əsasını təşkil edir. İsrail özünün neft tələbatının üçdə birini Azərbaycandan idxal hesabına qarşılayır. Neft-qaz sahəsində böyük təcrübəyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə bu sahənin inkişafına böyük töhfə verə bilər. Həmçinin, İsrail ilk dəfə olaraq, öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlıdır. İsrail qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin TANAP layihəsindən istifadə etməsi iki dövlət arasındakı enerji əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. Həmçinin enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək.
Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir. Bu tarixi əlaqələr həmçinin İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41

