Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə öz iqtisadi potensialını reallaşdıra bildi
26.04.2023 [15:45]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1994-cü ildə respublika iqtisadiyyatının vəziyyətinə həsr olunmuş geniş müşavirədəki çıxışında “Azərbaycanın iqtisadi potensialı, geopolitik coğrafi vəziyyəti respublikamız, xalqımız üçün böyük, gözəl, xoşbəxt gələcək təmin edir - deyirdi. Hazırda Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyi Azərbaycanı mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi qəbul edir. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında Ümummilli Liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
SSRİ daxilində Azərbaycan iqtisadiyyatı vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi olsa da, özünəməxsus inkişaf yolu keçmiş, Heydər Əliyevin rəhbərliyi ilə həmin dövrdə genişmiqyaslı iqtisadi quruculuq prosesinə start verilmişdir. Hələ Sovet İttifaqı dağılmamışdan əvvəl ekspertlər siyasi müstəqilliyə iqtisadi cəhətdən hazır olan iki respublikadan biri kimi, məhz Azərbaycanın adını çəkirdilər. Bu nəticə ölkəmizin təkcə təbii sərvətlərinin zənginliyinə deyil, həm də milli iqtisadiyyatımızın inkişaf perspektivlərinə söykənirdi. Belə ki, keçmiş Sovet İttifaqı dövründə Azərbaycanın büdcə gəlirləri xərclərindən bir qayda olaraq çox olurdu. Həmçinin istehsal olunan milli gəlirlə istehlak olunan milli gəlir arasında birincinin xeyrinə böyük fərq əmələ gəlirdi.
SSRİ dönəmində mövcud maneələrə, müstəqil iqtisadi siyasət yürütmək imkanlarının məhdud olmasına baxmayaraq, Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə öz iqtisadi potensialını, milli iqtisadi maraqlarını reallaşdıra bildi, Respublikamız iqtisadiyyatın bütün sahələrində güclü iqtisadi və kadr potensialı yaratmağa nail oldu. Bir çox məhsulların istehsalına görə Azərbaycan keçmiş ittifaq respublikaları arasında qabaqcıl yerlərdən birini tuturdu. Bu dövrdə yeni sənaye müəssisələrinin açılması, maşın və avadanlıqların alınması digər respublikalara nisbətən Azərbaycanda əsas fondların daha sürətlə artmasına səbəb oldu.
Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən müasir dünya düzəninin inkişaf meyillərini uzaqgörənliklə qiymətləndirərək, çağdaş cəmiyyətin qəbul etdiyi inkişaf yolunu seçdi. Bu yol isə iqtisadiyyat üzərində dövlət inhisarçılığının aradan qaldırılmasından, sahibkarlığın inkişaf etdirilməsindən və iqtisadiyyatın liberallaşdırılmasından başlayır.
Ümummilli liderin rəhbərliyi ilə Azərbaycanın sürətli tərəqqisini şərtləndirən mühüm cəhətlərdən biri də iqtisadi sahədə aparılan islahatlardır. Özəlləşdirmə prosesinə start verilməsi, torpaq islahatlarının uğurla başa çatdırılması, xarici investisiyaların ölkəmizə axınını təmin edən strategiyanın həyata keçirilməsi Azərbaycanın azad bazar iqtisadiyyatı mühitində ilk uğurlu addımlarına təkan verdi. Bütün bu addımlar sayəsində ölkədə makroiqtisadi sabitlik təmin edildi, əvvəlki hakimiyyətlərin səriştəsiz siyasəti nəticəsində böhran mərhələsinə qədəm qoymuş inflyasiyanın qarşısı alındı. "Güclü iqtisadiyyatı olan dövlət hər şeyə qadirdir" deyən Ulu Öndərin həyata keçirdiyi siyasət nəticəsində ölkədə yaranmış daxili sabitlik və dünya miqyasında Azərbaycanın artan nüfuzu 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adı ilə yeni tariximizə düşən ilk transmilli xarakterli neft müqaviləsinin imzalanması ilə nəticələndi. Belə bir müqavilənin imzalanması və müqavilədə dünyanın əksər qütblərini təmsil edən transmilli korporasiyaların özünə yer alması Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən strategiyanın təntənəsi idi.
1994-cü ildə isə “Əsrin müqaviləsi”nin imzalanması ilə Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsası qoyuldu. Bu strategiya çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Dövlət Neft Fondunun yaradılması məhz davamlı inkişafın təmin edilməsinə, dövlətimizin iqtisadi və sosial dayaqlarının möhkəmləndirilməsinə yönəldilmişdir.
Ölkəmizin sürətli sosial-iqtisadi inkişafı və onun regionda güc mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və iqtisadi islahatların həyata keçirilməsi sahəsində atdığı strateji addımların nəticəsində mümkün oldu. Xüsusilə də 1990-cı illərin ortalarından başlayaraq görülmüş tədbirlər milli iqtisadiyyatın sabitləşdirilməsində və inkişafında həlledici rol oynadı.
Sevindirici haldır ki, Ulu Öndərin ideyaları, iqtisadi inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, yeni dövrün tələblərinə uyğun olaraq ölkənin iqtisadi qüdrətini daha da zənginləşdirilir.
Xəbər lenti
Hamısına baxAnalitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24

