Ermənilər bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər
25.04.2023 [11:20]
Heç şübhəsiz ki, ermənilər bugünkü vəziyyəti analiz edərək görürlər ki, Ermənistanın normal bir dövlət kimi mövcud olması, yaşaması üçün yeganə çıxış yolu qonşuları, xüsusilə də, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri yaratmaqdır. Təbii ki, Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən yeganə çıxış yolu budur. Ermənilər arasında Azərbaycanla sülh müqaviləsinin imzalanmasına hazır olmayanlar az deyil. Amma bütövlükdə regiondakı durumu, ölkədəki məsələləri geniş şəkildə analiz etsək, belə qənaətə gəlmək olar ki, İrəvanın müqaviləni bağlamaqdan başqa yolu yoxdur. Onlar,Azərbaycanın sülh müqaviləsi ilə bağlı təklifləri tez bir zamanda müsbət dəyərləndirməlidir. Bakı ilə barışıq aktını, tarixi sülh müqaviləsini bağlamasalar, Ermənistan bataqlıqda çabalamağa davam edəcək. Sülhə razılaşmasalar müharibədə ağır şəkildə məğlub olmuş bir dövlət, xalq olaraq nəyə nail olacaqlar? Hər ölkənin təhlükəsizliyinin bir nömrəli qarantı onun ordusu sayılır. Ermənistanda demək olar ki, ordu qalmayıb. Azərbaycan uğurlu hərbi əməliyyatlar keçirərək nəinki torpaqları azad etdi, erməni işğalçı qüvvələrin darmadağın etdi. Hələ də, onların ordusunda döyüş qabiliyyəti bərpa olunmur, generalından tutmuş sıravi əsgərinə qədər sözün həqiqi mənasında sındırılıb. Ölkə isə, ümumilikdə ağır sosial-iqtisadi problemlər məngənəsində sıxılır. Xaricdə yaşayan erməni iş adamları, lobbi, ümumilikdə güclü diaspor bu ölkəni ayaqda saxlamasa, bəzi dövlətlər humanitar yardım göstərməsə, Ermənistan acından ölər. Ona görə də, məsələyə hansı aspektdən baxsaq, İrəvanın çıxış yolunun qalmadığını görərik. Yaxın vaxtlarda sülh müqaviləsinin bağlanması bu ölkəyə nəfəslik açmaq anlamına gələcək. Həm sosial-iqtisadi, həm də, siyasi cəhətdən dövlətin güclənməsi baxımından böyük barışıq sazişinə ehtiyac var. Bir sözlə, İrəvanın Bakı ilə sülhə, normal qonşuluq münasibətlərinə razılaşıb Ankarayla da münasibətləri səhmana salmaqdan başqa yolu qalmayıb. Azərbaycan sülhə hazırdı, bunu dəfələrlə bəyan etmişik. Hazırda əsas məsələ erməni siyasi liderlərin verəcəyi qərarlardan asılıdır. Digər bir tərəfdən, son ayların ən çox müzakirə olunan məsələsi - Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması da gündəmdədir. Layihə reallaşsa, bu da sülhü xeyli yaxınlaşdıracaq. Mehri dəmir yolu bərpa olunmalıdır və zənnimcə olunacaq da. İrəvanın başqa yolu qalmayıb. Təsəvvür edin ki, bu dəmir yolu vasitəsilə ermənilər rahat şəkildə dünyaya çıxacaqlar, iqtisadi imkanlarını, ticari əlaqələrini genişləndirəcəklər, amma hələ də, gözləmə mövqeyindədirlər. Əslində, biz həm sülh təklifi ilə, həm də, Zəngəzur layihəsi ilə bu ölkənin Avropa və Asiyaya açılan dar pəncərəsini xeyli genişləndiririk. Erməni siyasi rəhbərlərin sevdikləri İrana da geniş qapıları olacaq. Bir sözlə, sülh olacaqsa, bu sadaladığım geniş imkanlar yaranacaq. Yox, əgər əvvəlki tək düşmən mövqe qalacaqlarsa, blokadada çabalayaraq canlarını tapşıracaqlar. Biz sülh deyirik, İrəvandakı bir sıra dairələr isə revanş, torpaq iddiası, Üçüncü Qarabağ müharibəsi bəyan edirlər. Əslində, yeni müharibənin başlanmasına ehtimal çox zəifdir, amma qarşıdakı illərdə və ya on il sonra nasistlər, işğalçı qüvvələr toparlanıb yenidən qanuni, tarixi torpaqlarımıza hücum etsələr, ya hansısa ciddi təxribatlara yol versələr, o zaman mənfur qonşuları əməlli başlı yerlərində oturdacağıq. Bu dəfə qanlarının arasına rus sülhməramlıları girdi, ancaq revanşist meyllərin heç bir perspektivi olmayacaq, yeni müharibə Ermənistan üçün dəhşətli nəticələrlə sonlana bilər. Türkiyə artıq bizim regionda möhkəmlənib, Cənubi Qafqazda əsas söz sahiblərindən birinə çevrilib. Türkiyə Prezidenti də Şuşaya, Qarabağa olan diqqətini, sevgisini tez-tez bəyan edir, hətta onun bölgəyə səfərinin baş tutacağı da bildirilir. Bütün bunlar onu göstərir ki, Ermənistanı bundan sonra hansısa böyük qüvvələr aşkar müdafiə etsələr belə, onların Qafqazda dinc şəkildə yaşamaqdan başqa çıxış yolları qalmayıb. Dinc yaşamaq üçün böyük sülh müqaviləsi imzalanmalıdır. Azərbaycanın ərazi bütövlüyü rəsmi şəkildə tanınmalıdır. Diplomatik əlaqələr qurulmalı, bir daha bizim ərazilərimizdə separatçı qüvvələrə dəstək nümayiş etdirilməməlidir. Onsuz da, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və bundan sonra İrəvan onları belə qəbul etməlidir. Rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünü tanıyır, bunu indidən aşkar şəkildə bəyan edirik, onlar da yaxın qonşuluq münasibətlərinin bərqərar olunması üçün jestlər etməlidirlər. Kin-küdurət də tədricən aradan qalxmalıdır. Baxmayaraq ki, bu xalqın içində inanılmaz dərəcədə beyni yuyulmuş, nasist düşüncəli insanlar çoxdur, amma yuxarıda qeyd etdiyim kimi başqa yol yoxdur, sülh müqaviləsi imzalanmalıdır...
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxSosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22

