Məğrur xalqın qüdrətli ordusu
07.04.2023 [13:21]
Hər bir xalqı dünyada tanıdan, məşhurlaşdıran, nüfuz sahibinə çevirən amillərdən biri də onun ordusu, silahlı qüvvələridir. Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir millət tarix boyu öz ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki, maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, təsadüfi deyildir ki,güclü dövlətin təməl prinsiplərindən ən əsası qüdrətli ordunun olmasıdır.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa edərkən, artıq Ermənistan Respublikası ilə müharibə şəraitində idi. Ölkəmizə qarşı ərazi iddiasında olan mənfur ermənilər havadarlarının köməyi və dəstəyi ilə birlikdə torpaqlarımızın bir hissəsini işğal etmişdilər. Həmin dövrdə ölkə rəhbərliyində olan səriştəsiz, qeyri - peşəkar şəxslər qətiyyətsizlik, iradarəsizlik, naşılıq nümayiş etdirərək, peşəkar silahlı qüvvələr yarada bilmədilər. Ordu quruculuğu kimi vacib sahədə düzgün siyasətin aparılmaması nəticəsində mənfur düşmənə layiqli cavab verilmədi və silahlı qüvvələrimiz ardıcıl uğursuzluqlara məruz qaldı.
Məhz Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və Azərbaycan Respublikasının Prezidenti seçilməsi vəziyyəti kökündən dəyişdi. Ulu Öndər respublikamızda bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də mühüm tədbirlər həyata keçirdi. Ulu Öndərin hakimiyyətə qayıdışı və cəbhə xətti boyunca atəşkəsə nail olması dövlət quruculuğunun bütün sahələrində olduğu kimi silahlı qüvvələrdə də köklü və əsaslı islahatların aparılmasına imkan yaratdı. Silahlı qüvvələrdə həyata keçirilən quruculuq işləri, struktur dəyişiklikləri döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, döyüş hissələrinin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması, qoşun hissələrinin siyasi, eləcə də, təxribatçılıq ünsürlərindən təmizlənməsi Azərbaycan ordusunu, ölkəmizin silahlı qüvvələrini keyfiyyətcə yeniləşdirdi.Ulu Öndər böyük uzaqgörənliklə deyirdi: “Bizim ordumuz güclüdür. Ordumuzun gücü gündən-günə artır. Ölkəmizin gözəl gələcəyi var. Azərbaycan xalqı, Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir. Onu biz azad edəcəyik, biz! Biz bunu sülh yolu ilə həll etmək istəyirik. Bu barədə çoxlu səylər qoymuşuq və bundan sonra da qoyacağıq. Ancaq bizim bu səylər sonsuz olmayacaqdır. Biz bütün səylərimizi qoyub məsələni sülh yolu ilə həll etməyə çalışacağıq. Əgər bu, mümkün olmasa, bizim əziz zabitlərimiz, əziz Silahlı Qüvvələrimiz, siz torpaqlarımızın azad olunması üçün hər gün hazır olmalısınız!Torpaqlarımız azad olacaq, ordumuz inkişaf edəcək, respublikamızın iqtisadiyyatı yüksələcək və ən yaxın illərdə Azərbaycan böyük inkişaf yoluna qədəm qoyacaqdır. Buna əmin ola bilərsiniz.” Bəli, Ulu Öndərin böyük uzaqgörənlikliklə söylədiyi bu müdrik sözlər ötən müddətdə öz təsdiqini tapdı.
Ordu quruculuğunun müasir mərhələdə əsas məqsədlərindən biri qoşunların vətənə, Azərbaycan xalqına və dövlətinə sadiq, yüksək hərbi hazırlığına malik zabit, gizir və miçmanlarla tam komplektləşdirilməsinə nail olmaqdır. Silahlı qüvvələrin şəxsi heyətlə komplektləşdirilməsi Ali Baş Komandanın göstərişlərinə və Azərbaycan Respublikasının hərbi qanunvericilik aktlarının tələblərinə uyğun vahid plan əsasında aparılır və ardıcıl xarakter daşıyır. Ordumuzun güclənməsi, vətənimizin suverenliyinin və müstəqilliyinin möhkəm təminatçısına çevrilməsi məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı işlərin, Onun tələbkarlığının məntiqi nəticəsidir.
İndi qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Bu gün Ali Baş Komandan İlham Əliyev də Ulu Öndərin siyasi kursunu uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib, xalq - ordu birliyi yüksək səviyyədədir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət, qısa vaxtda Azərbaycan Ordusunu Cənubi Qafqazın ən güclü ordusuna çevirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı bir təminatdır. Torpaq həsrətinə son qoyan 44 günlük Zəfər bizi Azərbaycan Respublikasının işğal altındakı bütün əraziləri üzərində suverenliyinin bərqərar olunduğu böyük günə çatdırdı. Tarixi yaşayış məskənlərimiz azad edildi. Fəxr edirik ki, bu gün müstəqil respublikamızın qüdrətli ordusu, məğrur xalqı və bütün dünyada böyük nüfuzu var və artıq dünya Azərbaycanla hesablaşır. Danılmaz həqiqətdir ki, bu uğurlar Müzəffər Ali Baş Komandanın uğurlu və qətiyyətli rəhbərliyi və Azərbaycan Ordusunun müstəsna xidmətləri nəticəsində qazanılmışdır.
Gövhər Rəhimova
YAP Qazax rayon təşkilatının fəalı
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25

