YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib
14.03.2023 [19:47]
"Heydər Əliyev İli” çərçivəsində martın 14-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Zirə Eko Parkında keçirilən tədbirdə YAP-ın Xəzər və Pirallahı rayon təşkilatlarının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə Dövlət himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinin olduğunu deyən N.Əhmədov dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. Onun fikrincə, Heydər Əliyev fenomeninin dövlətçilik tariximizdə müstəsna rolunun gənclər tərəfindən hərtərəfli öyrənilməsi çox önəmlidir.
Sonra çıxış edən YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev gənclərə bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndərin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb: “Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi məhz ulu öndər Heydər Əliyevin xidmətləridir”.
Onun sözlərinə görə, 1990-cı illərin əvvəlində Azərbaycanın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığını görən 91 nəfər ziyalı Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılmasını və ona rəhbərlik etməsini təklif etdi. Çünki xalqın ümidi məhz Heydər Əliyevə idi. Ulu Öndərin cavabı müsbət oldu, 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyası yaradıldı, 1993-cü ilin iyun ayında isə Ümummilli Lider hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaqdan xilas etdi. S.İmamverdiyev deyib ki, Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycanı Prezident İlham Əliyev dünyada güclü və nüfuzlu dövlətə çevirib.
YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov isə bildirib ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının gənclərə aşılanmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib.
N.İsmayılov deyib ki, ölkəmizdə gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. O qeyd edib ki, gənclər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidir: “Çünki bu yolun alternativi yoxdur. Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir”.
YAP Veteranlar Şurasının üzvü Tahir Məmmədov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr edib. Onun sözlərinə görə, Heydər Əliyevin zəngin irsi bugünkü uğurlarımızı şərtləndirir. YAP Veteranlar Şurasının üzvü Ulu Öndərimizin milli-mənəvi dəyərlərimizə verdiyi dəyərdən danışıb və bu istiqamətdə Heydər Əliyevin gördüyü işlərlə bağlı fikirlərini bölüşüb. “Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirərək müstəqil ölkəmizi daha da gücləndirib, beynəlxalq müstəvidə nüfuzlu dövlətə çevirib”, - deyə YAP Veteranlar Şurasının üzvü vurğulayıb.
Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54

