X Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin qətiyyətli mesajı
13.03.2023 [14:43]
Bu gün Azərbaycanın dünyada getdikcə artan nüfuz göstəricilərindən biri də ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlərdir. Bəli, son bir həftə ərzində ölkəmiz iki beynəlxalq əhəmiyyətli tədbirə ev sahibliyi etdi. Əvvəl Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü, ardınca isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu keçirildi.
Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr aparılaraq, müasir çağırışlarla bağlı həll yolları araşdırıldı.
X Qlobal Bakı Forumunun iştirakçıları bu Forumun anlaşma və sülh şəraitində birgəyaşayış dəyərlərini təbliğ etdiyini, məqsədinin xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq olduğunu vurğuladılar. Həmçinin qeyd edildi ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ildən-ilə xalqlar və mədəniyyətlər arasında əməkdaşlıq və dialoqu stimullaşdırmaq üçün xalqlar arasında qarşılıqlı anlaşma və dinc yanaşı yaşama dəyərlərini təbliğ edir .
Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən Qlobal Bakı Forumu özlüyündə oxşar çağırışları və məqsədləri paylaşan, bəşəriyyəti narahat edən problemlərlə əlaqədar yeni yanaşma və həll yolları təqdim edən mühüm dialoq platformasıdır. Forum həm də Azərbaycanın regionda lider kimi potensialını göstərməsi, mədəniyyətini və tarixini təbliğ etməsi baxımından bir fürsətdir.
Prezident İlham Əliyevin Bakı Forumunun açılış mərasimində ölkəmizin prinsipial mövqelərini göstərən çıxışına xüsusi diqqət yetirilib. Belə ki, Dövlət başçısının çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikirləri öz əksini tapıb. Prezident İlham Əliyev davamlı gərginlik və daha kiçik miqyaslı qarşıdurmalara səhnə olan münaqişədən sonra Ermənistanla indi sülhün vaxtıdır deyərək, İrəvanı fürsəti əldən verməməyə çağırıb. Həmçinin Prezident İlham Əliyev çıxışında Azərbaycan dövlətinin 2020-ci ildə müharibənin başa çatmasından dərhal sonra Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək məşhur beş prinsipi qarşı tərəfə təqdim etdiyini bildirib. Bu, bəlkə də Ermənistan üçün verilmiş sonuncu şans ola bilər. Qeyd etmək lazımdır ki, cənab Prezident İlham Əliyev öz çıxışında bu məqamı da xüsusi olaraq vurğulayıb ki, ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bu iki ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət edəcəklərinə dair razılığın əldə olunması əslində sülhə nail olmaqda heç bir maneə olmadığını göstərir. Sadəcə olaraq sülh sazişinin imzalanması və sonrakı proseslərin artıq sivil məcraya yönəldilməsi üçün Ermənistan tərəfinin konstruktiv yanaşma və siyasi iradə nümayiş etdirməyi tələb olunur.
Bəli, Azərbaycan sülh istəyir. Prezident İlham Əliyevin geniş çıxışında səsləndirdiyi bu əhəmiyyətli mülahizələr Azərbaycanın öz mövqeyini bütün dünyaya bu dəfə Forum tribunasından bir daha açıqladığı növbəti qətiyyətli mesaj idi.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25

