Həyatın mənası olan qadınlar
08.03.2023 [10:24]
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanlanan təbrikində demişdir: “Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.” Bəli, doğrudan da tarix boyu Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır. Kecmişdə məhdud hüquqları olan Azərbaycan qadını bu gün ölkədə mədəni və siyasi quruculuğun fəal iştirakçısıdır.”
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra qadınlar yeni imkanlar əldə etmişlər. Bu imkanların yaradılmasında isə, şübhəsiz, bütün həyatı və fəaliyyəti boyu qadına yüksək dəyər verən Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır. Bu baxımdan bilavasitə onun rəhbərliyi altında işlənib-hazırlanan və 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsbit etdi və demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratdı. Bundan sonra Prezident Heydər Əliyevin 14 yanvar 1998-ci il tarixli fərmanı ilə respublikada qadınlara dair dövlət siyasətinin daha mütəşəkkil şəkildə həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Bu məlum fərmandan sonra ölkənin siyasi, sosial, iqtisadi, mədəni həyatında qadınların rolunun artırılmasına xüsusi diqqət yetirilməyə başlandı. Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə qadın hüquqlarının təmin olunması sahəsində ölçüyə gəlməyən işlər görülmüşdür. İndi müasir Azərbaycanda elə bir sahə yoxdur ki, orada qadınlar iştirak etməsin. Azərbaycan cəmiyyətində qadının ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə rolu ildən-ilə artır. Bütün bunlar ölkədə demokratik dövlət quruculuğunun, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin əməli nəticəsidir. İndi müstəqil Azərbaycanda gender bərabərliyinin təmin olunması üçün möhkəm hüquqi baza var. Bu gün qadının sosial vəziyyətinin yüksəlməsi daha parlaq surətdə cəmiyyətin bütün fəaliyyət sahələrində özünü büruzə verir.
Azərbaycan tarixində qadın hüquqlarının və azadlıqlarının qanunvericilikdə təsbit olunması dünyada baş verən proseslərə uyğun həyata keçirilib. Azərbaycanda qadın hüquqlarının müdafiəsi və təşviqi, dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbulunda qadınların iştirakının genişləndirilməsi dövlət siyasətinin tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli yönümündə bir çox qanunların, fərman və sərəncamların qəbulu, beynəlxalq təşkilatların üzvü kimi ölkəmizdə mühüm sənədlərin tətbiqi qadın hüquqlarının həyata keçirilməsi və təminatının inkişafına böyük təkan vermişdir. Qəbul edilmiş bir sıra dövlət proqramları qadınların ölkəmizin siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılmasında mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının qadın əməyi sahəsində qəbul etdiyi “Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında”, “Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında”, “Analığın mühafizəsi haqqında”, “Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında” və “Ərdə olan qadının vətəndaşlığı haqqında” konvensiyalara qoşulmuşdur.
Beləliklə, deyə bilərik ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət qadın siyasəti bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə insan hüquqlarının müdafiəsi, qadınların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsidir və hər zaman diqqət mərkəzində saxlanılır. Onu da qeyd edək ki, Azərbaycan qadınlarının ölkənin ictimai-siyasi həyatında fəal iştirakına marağının artırılmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinin rolu böyükdür. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan layihələr, həyata keçirilən tədbirlər həm Azərbaycanda, həm də başqa ölkələrdə yaşayan qadınlar üçün əsl nümunədir, eyni zamanda, onların cəmiyyətdəki rolunun artırılmasına stimul verən bir amildir.
Rövşən Qayayev
YAP Qazax rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxGündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16

