Azərbaycan haqqın, ədalətin tərəfdarıdır
22.02.2023 [11:24]
Beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu dünyanın ən aparıcı forumu - Münhen Təhlükəsizlik Konfransı dedikdə ilk növbədə hər kəsin yaddaşına həmişəlik həkk olunmuş hadisə, 2020-ci il fevralın 15-də konfrans çərçivəsində Azərbaycanın dövlət başçısı və Ermənistanın baş naziri arasında keçirilmiş canlı debat gəlir. Həmin tarixi anda Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyanın gözü qarşısında Ermənistanın baş nazirinin, onun içğalçı hökumətinin uydurmalarının həqiqətdən nə qədər uzaq olduğunu nümayiş etdirdi.
Bunu açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, Paşinyanın düşdüyü o gülünc vəziyyətdən cəmi üç il sonra fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda Prezident cənab İlham Əliyev Cənubi Qafqazda sülhü bərqərar etmək üçün mühüm addımlar atan qalib ölkənin başçısı kimi iştirak etdi. Azərbaycan və Ermənistan rəhbərləri arasında tarixdə ilk və indiyə qədər yeganə canlı efir debatından sonra Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə Prezident cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə də, Münxen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgenin moderatorluq etdiyi plenar iclasda da Azərbaycan müasir dünyanı narahat edən bütün problemlərin aradan qaldırılmasında fəallıq göstərən ölkə kimi təqdim edildi.
Qlobal səviyyədə ən vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər üçün platforma rolunu oynayan plenar iclasda dövlət Başçımız qəti şəkildə bəyan etdi ki, biz 28 il boyunca sülh danışıqları aparmışıq, təsəvvür edin, 1992-ci ildən 2020-ci ilə qədər. Əgər biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, bu sülh danışıqları daha 28 il çəkəcəkdi. Belə bir vəziyyət Ermənistanı tam qane edirdi.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirak etdiyi mötəbər tədbirdə cənab İlham Əliyev ölkəmizə, Azərbaycan xalqına qarşı törədilən haqsizlığın yadplanetlilər tərəfindən deyil, gəlib bizim torpağımızı işğal etmiş, bir milyon azərbaycanlını evindən didərgin salmış, 67 məsciddən 65-ni dağıtmış, onları təhqir etmiş qonşularımız tərəfindən edildiyini xüsusi ilə vurğuladı.
Ramil Orucov onu da qeyd edib ki, sözügedən plenar iclasda qalib ölkənin qalib Prezidenti Azərbaycanın ədalətli və haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdığı halda Ermənistanın baş naziri Nikol Paşinyanın bu dəfə də əlinə keçən fürsətdən istifadə edərək Azərbaycana qarşı yalan və böhtanlarla dolu iftiralar səsləndirməsi gülünc mənzərə yaradıb. Hətta Laçın yolunda azərbaycanlı ekofəalların Qarabağ iqtisadi zonasında təbii sərvətlərimizin talanına və ekologiyamızın terrora məruz qalmasına qarşı apardıqları haqlı mübarizəsini Paşinyan yalan, iftira dolu məlumatlarla panel iştirakçılarına təqdim edib. Tez-tez Dağlıq Qarabağ ifadəsini işlədən Paşinyana Prezidentimiz cənab İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ (Naqorno Karabax) sözü artıq qüvvədən düşüb, əslində bu, rus sözüdür, “naqorno” dağlıq deməkdir və Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur.
Dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsinin, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobillərinin maneəsiz keçidi Paşinyanın səsləndirdiyi iddiaların saxta olduğunu təsdiq edir.
Münhen Təhlükəsizlik Konfransında Ukraynadakı müharibə, enerji təhlükəsizliyi, "yaşıl enerji", Cənubi Qafqazda təhlükəsizlik məsələləri, həmçinin "Qlobal Cənub"a daxil olan Afrika və Asiyanın üzləşdiyi müxtəlif problemlərlə yanaşı Azərbaycanın uğurları bir daha dünyaya bəyan olundu. Platforma çərçivəsində haqqın, ədalətin tərəfdarı Azərbaycana güvən, qalib ölkəmizin Prezidenti cənab İlham Əliyevə olan böyük hörmət, ehtiram və inam diqqət mərkəzində olub - deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

