Paşinyan fakt qarşısında…
21.02.2023 [13:11]
Zamanın hakimliyi, tarixin yaddaşı Münhen Təhlükəsizlik Konfransında yenə də öz sözünü dedi. Özlərinə saxta tarix yazmaqla illərdir yalanlarını beynəlxalq ictimaiyyətə həqiqət kimi sırımağa çalışan Ermənistanın havadarlarının dəstəyi ilə 30 illik işğal dövründə qurduqları planlar, artıq tarixə qovuşan Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmaları ilə bağlı görüntü yaradıb reallıqda məsələni dondurulmuş kimi təqdim etmələri dövlət başçısı İlham Əliyev tərəfindən ən yüksək tribunalardan beynəlxalq ictimaiyyətə çatdırılıb və bu gün də çatdırılır. Baxmayaraq ki, artıq postmünaqişə dövrünün reallıqlarını yaşayırıq, Qarabağ münaqişəsi tarixə qovuşub, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur, yenə də informasiya cəbhəsində üstünlüyümüzü möhkəmləndirmək üçün real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatmızı uğurla davam etdiririk. Dövlət başçısı İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda çıxışı Azərbaycanın növbəti diplomatik uğuru oldu. Cənab İlham Əliyev 30 illik işğal dövründə Azərbaycanın yaşadığı faciələrdən, bu torpaqlarımızda törədilən vəhşiliklərdən geniş bəhs edərək Azərbaycanın bunların fonunda Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etməsini regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, Ermənistanla münasibətlərin normallaşdırılmasına, ədavət dövrünün arxada qalmasına xidmət edən addım kimi diqqətə çatdırdı. Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ermənistanın isə 30 illik işğal dövründə olduğu kimi hazırda da bu danışıqlardan müxtəlif bəhanələrlə yayınması, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olması diqqətdən kənarda qalmır. Ermənistanın baş naziri Nikol Paşinyan plenar iclasdakı sərsəm bəyanatları, qeyri-ciddi fikirləri ilə bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğunu inkar etməyə cəhd göstərən Ermənistan rəsmisinin ölkəsini ədalətin, beynəlxalq hüququn yanında təqdim etməsi bu dövlətin nə qədər hiyləgər siyasət yeritdiyini nümayiş etdirdi. 30 il qonşu dövlətin 20 faizdən artıq torpağını işğal altında saxlamaq hansı ədalətə, beynəlxalq hüquqa sığır? Xatırlasaq, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın baş naziri müsahibələrində beynəlxalq hüquq məfhumundan xəbərsiz olduğunu bildirməsi, hətta, bir qədər də irəli gedərək “beynəlxalq hüquq varmı” sualını ünvanlamaqdan çəkinməməsi yaddaşlardadır. Ədalətin, beynəlxalq hüququn yanında Azərbaycandır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa etdi və Ermənistana, ona havadarlıq edən dövlətlərə sübut etdi ki, beynəlxalq hüquq anlayışı mövcuddur və tətbiqi üçün vahid mexanizm lazımdır. Panel iclasda Ermənistanın baş naziri bu iddianı da etdi ki, Qarabağdakı məscidləri ermənilər deyil, vaxtilə sovet hökuməti dağıdıb. Tarixi faktları inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqində olan Ermənistan rəhbərliyi belə yalanları ilə fakt qarşısında açizliyini nümayiş etdirdi. Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın növbəti diplomatik uğuru üç il bundan əvvəl fevralın 15-də həmin forumda yaşananları yada salmağı bir zərurətə çevirir. Həmin Konfrans çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı əsasında Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr hər kəsin yaddaşındadır. Bu, bizim ilk böyük siyasi Qələbəmiz idi. Bu Qələbədən çox keçmədi ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Artıq iki ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzur azaddır, həyatının yeni dövrünü yaşayırlar. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür, zəfər çalan haqq-ədalət olur.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Siyasət
03 Sentyabr 18:55
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35

