Almaniyanın üç əyaləti parlament seçkilərinə hazırlaşır
02.09.2026 [23:17]
Almaniyada bu ay üç əyalətdə keçiriləcək regional parlament (Landtaq) seçkiləri ölkənin siyasi gündəminin əsas mövzusuna çevrilib.
AZƏRTAC xəbər verir ki, sentyabrın 6-da Saksoniya-Anhalt əyalətində, sentyabrın 20-də isə Berlin və Meklenburq-Ön Pomeraniyada keçiriləcək seçkilər ərəfəsində rəy sorğuları siyasi qüvvələr arasındakı balansın dəyişdiyini göstərir.
Saksoniya-Anhaltda keçiriləcək səsverməyə bir neçə gün qalmış aparılan sorğularda sağçı populist Almaniya üçün Alternativ (AfD) partiyası 42 faiz göstərici ilə birinci sırada qərarlaşıb. Sorğularda Xristian Demokratlar Birliyi (CDU) 22 faiz, Sol Partiya 11 faiz, Sosial Demokratlar Partiyası (SPD) 8, Yaşıllar Partiyası 6 faiz dəstək toplayıb. Azad Demokratlar Partiyası (FDP) və Sahra Vaqenknext İttifaqı (BSW) isə 5 faizlik həddi keçə bilməmək riski ilə üzləşir. Bu həddi keçə bilməyən partiyaların səs itkisi fonunda AfD-nin Landtaqda mandatların mütləq çoxluğunu (50 faizdən çox) əldə etməsi mümkün ssenari kimi qiymətləndirilir. Belə hal baş verərsə, partiya koalisiya tərəfdaşına ehtiyac qalmadan hökuməti formalaşdırmaq imkanı əldə edəcək. Bununla da, İkinci Dünya müharibəsindən sonra Almaniya tarixində ilk dəfə ifrat sağçı bir partiya federal əyalətdə təkbaşına hakimiyyətə gələ bilər.
Ölkədə fəaliyyət göstərən ənənəvi partiyaların AfD ilə koalisiya qurmaqdan imtina siyasəti (“Brandmauer”) fonunda bu göstəricilər əyalətdə hökumətin formalaşdırılması prosesini mürəkkəbləşdirir. Aparılan bəzi sorğulara əsasən, əhalinin bir hissəsi sağ populistlərin mövqeyinin güclənməsinin cəmiyyətdəki sosial həmrəyliyə və miqrant mənşəli vətəndaşların inteqrasiyasına mənfi təsir göstərə biləcəyindən narahatlığını ifadə edir.
Əsas narahatlıqlardan birinin də AfD-nin Almaniyanın Avropa İttifaqı üzvlüyündən çıxarılması planıdır. İqtisadi sektorun aparıcı nümayəndələri bu ssenarinin reallaşmasının Almaniya iqtisadiyyatı üçün çox ağır nəticələrə səbəb olacağını bildirirlər.
Sentyabrın 20-də seçkilərin keçiriləcəyi Berlin və Meklenburq-Ön Pomeraniyada da gərgin siyasi rəqabət davam edir. Paytaxt Berlində seçki təbliğatının mərkəzində sosial mənzil böhranı və miqrasiya mövzuları durur. Kilsə təşkilatları və ictimai birliklər seçiciləri cəmiyyətdə bölücülük yaradan çıxışlardan uzaq durmağa və demokratik dəyərləri dəstəkləməyə çağırırlar.
İqtisadi birliklər kadr çatışmazlığının yaşandığı regionlarda ksenofob ritorikanın artmasının xarici mütəxəssislərin cəlb olunmasını çətinləşdirə biləcəyindən narahatlıq ifadə edilir. Almaniyanın əksər əyalətlərində olduğu kimi, Saksoniya-Anhaltda da səhiyyə, tikinti və logistika sektorlarında çalışanların əhəmiyyətli bir hissəsini miqrant mənşəli kadrlar təşkil edir. Bu baxımdan siyasi qeyri-müəyyənliyin xarici investisiyalara və regional artım tempinə müəyyən təsirlərinin ola biləcəyi vurğulanır. Sentyabrda seçkilərin nəticələrinin təkcə regional parlamentlərin tərkibini deyil, həm də federal hökumətin gələcək siyasət prioritetlərini müəyyənləşdirməkdə də mühüm göstərici olacağı bildirilir.
Xəbər lenti
Hamısına baxSosial
02 Oktyabr 11:50
Sosial
02 Oktyabr 11:49
Siyasət
02 Oktyabr 11:45
Gündəm
02 Oktyabr 11:43
Siyasət
02 Oktyabr 11:42
Sosial
02 Oktyabr 11:36
Siyasət
02 Oktyabr 11:34
Siyasət
02 Oktyabr 11:31
Siyasət
02 Oktyabr 11:30
Siyasət
02 Oktyabr 11:27
Siyasət
02 Oktyabr 11:25
İqtisadiyyat
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:24
Siyasət
02 Oktyabr 11:22
Siyasət
02 Oktyabr 11:20
Sosial
02 Oktyabr 11:16
İqtisadiyyat
02 Oktyabr 10:58
Dünya
02 Oktyabr 10:55
İqtisadiyyat
02 Oktyabr 10:44
Daxili siyasət
02 Oktyabr 10:42
İqtisadiyyat
02 Oktyabr 10:26
Analitik
02 Oktyabr 10:17
Gündəm
02 Oktyabr 10:14
Analitik
02 Oktyabr 09:45
Sosial
02 Oktyabr 09:34
YAP xəbərləri
02 Oktyabr 09:32
Analitik
02 Oktyabr 09:20
Sosial
02 Oktyabr 08:50
MEDİA
02 Oktyabr 08:37
Gündəm
02 Oktyabr 08:10
Dünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10

