Fransa erməni lobbisinin və diasporunun girovuna çevrilib
06.12.2022 [16:15]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Fransa Senatı və Milli Assambleyası erməni lobbisinin və diasporunun girovuna çevrilib. Noyabr ayında Fransa parlamentində - Senat və Milli Assambleyada Azərbaycana qarşı qəbul olunan iki qərəzli qətnamə bu qənaəti daha da möhkəmləndirir. Qərəzli qətnamələrə ilk növbədə Azərbaycan dövlətindən və cəmiyyətindən kəskin təpkilər gəldi. Eyni zamanda, Fransada yaşayan və təhsil alan azərbaycanlılar qərəzli sənədə etiraz səslərini ucaltdılar. Onlar Milli Assambleyanın yaxınlığında geniş aksiya təşkil etdilər və qətnamənin qərəzli olduğunu bildirdilər. Bundan başqa, Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə kampaniya keçirildi. Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (ADA) prezidenti Jerom Lamber isə Fransa Milli Assambleyasının 577 üzvünə müraciət etdi. J.Lamber öz müraciətində məlum qətnaməni hazırlayanların Azərbaycan-Ermənistan münasibətlərindən ümumiyyətlə xəbərsiz olduqlarını əsaslandırmışdır. Qondarma sənədə dünyanın ayrı-ayrı ölkələrindən və müxtəlif təşkilatlardan gələn reaksiyalar da çox sərt oldu.
Azərbaycan dövlətindən, Fransa cəmiyyətindən, beynəlxalq ictimaiyyətdən gələn bu kimi kəskin təpkilər və bəzi başqa səbəblərdən respublikamıza qarşı qərəzli sənədin parlamentin aşağı palatasında - Milli Assambleyada müzakirələri yubandı. Bununla belə, erməni lobbisinin təzyiqləri qarşısında geri çəkilən Milli Assambleyada qondarma sənədin müzakirələri aparıldı və burada noyabrın sonunda “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən qərəzli qətnamə qəbul edildi.
Fransa Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə qəbul edilən qərəzli qətnamələr bu ölkənin mövqeyini əks etdirmir. Əslində isə bu mövqe riyakarlıqdan başqa bir şey deyil. Son vaxtlar Fransa Prezidenti Emmanuel Makrondan 30 il ərzində işğalçılıq siyasəti aparmış Ermənistanı açıq-aşkar dəstəkləyən bəyanatlar gəlməkdədir. E.Makronun bir qədər bundan əvvəl yerli mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirlər postmüharibə mərhələsində təməli qoyulan sülhyaratma prosesinə ciddi ziyan vurdu və geridönüşə səbəb oldu. Ermənistanın baş naziri N.Paşinyan Praqa görüşündə Azərbaycanla sülh müqaviləsini imzalamağa, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tanımağa hazır olduğunu bəyan etmişdi. Fransa parlamentinin qəbul etdiyi qərəzli qətnamələr və E.Makronun boğazdan yuxarı səsləndirdiyi manipulyativ açıqlamalar isə Ermənistan rəsmilərinin mövqeyini yüz səksən dərəcə dəyişib. İndi N.Paşinyan və onun komandasının digər üzvləri şərtlər ritorikası ilə danışmağa başlayıblar. Bu o deməkdir ki, Fransanın vasitəçiliyi sülh prosesinə yalnız zərbə vurur.
Fransa Senatının və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdikləri qətnamələrin hər hansı bir hüquqi əsasları yoxdur. Milli Assambleyanın qəbul etdiyi qətnaməyə Azərbaycan Milli Məclisinin münasibətində qondarma sənəd belə dəyərləndirilib: “Qətnamədə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq və etnik təmizləmə siyasəti, Xocalı Soyqırımı, 44 günlük müharibə zamanı Azərbaycanın şəhərlərinin ballistik raketlərlə atəşə tutulması, işğal dövründə ölkəmizin 9 şəhəri və 300-dən artıq kəndinin viran edilməsi, total minalama və mina terroru siyasəti, 4000 nəfərə yaxın vətəndaşımızın itkin düşmüş hesab olunması, kütləvi məzarlıqların yerləri barədə Ermənistan tərəfindən məlumat verilməməsi kimi faktların yer almaması onun ucuz siyasi sifarişdən başqa bir şey olmadığını açıq şəkildə göstərir”. Digər tərəfdən, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesinə qatılmağa mənəvi haqqı da yoxdur. Biz Fransanın zamanında keçmiş Dağlıq Qarabağ münaqişəsinin uzanmasında, indi isə sülhyaratma prosesində mənfi rol oynadığını qeyd etdik. Bu ölkənin özünün tarixi də müharibə cinayətləri ilə doludur. MM-in sözügedən münasibətində bu barədə ətraflı bəhs olunub. “Digər tərəfdən, Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə əsassız ittiham edən Fransanın öz tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir. Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmiş və açıq şəkildə qul ticarəti ilə məşğul olmuşlar. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir”, - deyə sənəddə bildirilir.
Bütövlükdə, Fransa hökumətini dilemma qarşısında qoyan əsas amil Azərbaycanın Avropada artan nüfuzu və önəmi ilə bağlıdır. Fransa hökuməti əslində iki tərəfdən təzyiq altındadır. Təzyiqin biri bəlli tərəfdən - erməni lobbisindən gəlir. Digər tərəfdə isə Azərbaycana ehtiyac duyduğunu hər addımda açıq nümayiş etdirən Avropa İttifaqı (Aİ), bu məkana daxil olan ölkələrin mövqeyi dayanır. Avropa tək “biz Azərbaycandan qaz almırıq” deyən Fransadan ibarət deyil. Burada enerji sektorunda və digər sahələrdə Azərbaycanla sıx əməkdaşlıq edən çox sayda ölkə var. Respublikamız həmin ölkələrin, bütövlükdə qoca qitənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Cari ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji əməkdaşlığına dair yeni saziş imzalandı. Bu sənəd ölkəmizlə Aİ arasında əməkdaşlığın yeni yol xəritəsi kimi səciyyələndirilir. Bütün bunların fonunda Fransanın özünə bacı hesab etdiyi Ermənistanı dəstəkləməsi, Azərbaycana qarşı apardığı qərəzli kampaniya heç bir nəticə verməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

