Azərbaycan hər zaman sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir
02.12.2022 [16:09]
Azərbaycanın geostrateji yerləşməsi həmişə - qədim İpək Yolu vaxtından Ümummilli Lider Heydər Əliyevin böyük Avrasiyanın yeni enerji xəritəsini məharətlə cızaraq müvəffəqiyyətlə enerji dəhlizlərinin yaratdığı müasir dövrümüzə qədər özünə diqqəti cəlb etmişdir. Bu, həm ticari, həm də siyasi nöqteyi-nəzərdən qovuşuqda yerləşən ölkə üçün asan deyildi. Çünki regionun üzləşdiyi bütün əsas məsələlərdə Azərbaycan həmişə üzərində hökmranlıq etmək istəyən tərəflərin səylərinə, bu səylərin haradan daxil olmasına baxmayaraq müqavimət göstərmişdir.
Prezident İlham Əliyevin Azərbaycan və Xəzər regionu üzərindən Asiya və Avropa arasında daha yaxşı sinerjini yaratmaq üçün uzunmüddətli baxışı və yorulmaz səyləri bu məqsədə əhəmiyyətli dərəcədə töhfə vermişdi.Azərbaycan postmüharibə mərhələsinə kimsədən asılı olmayan və iqtisadi dinamik inkişaf edən müstəqil dövlət kimi qədəm qoydu. Eyni zamanda Qələbədən sonra nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi və digər təşəbbüslər üçün imkanlar yarandı. Bu dəhlizlərin açılması Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq regionda sülhün bərqərar olması üçün bütün imkanları nəzərdən keçirir və xalqlar arasında iqtisadi, mədəni, siyasi, diplomatik əlaqələrin dərinləşməsini, insanların daha yaxşı, rifah içində yaşaması üçün yeni qərarların qəbul olunması, yanaşmaların tətbiq edilməsində əzmkarlıq nümayiş etdirir.
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans keçirilib. Orta Dəhliz məsələsinə həsr olunan konfransda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək Orta Dəhliz kimi irimiqyaslı layihəni icra etmək üçün təhlükəsizlik və iqtisadi potensialın vacib olduğunu, bunlar olmadan Orta Dəhlizin tam istismara verilməsi məqsədinənail olmağın mümkünsüzlüyünü qeyd edib.
İstənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir var olan sabitlik bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. Güclü iqtisadiyyat, siyasi, iqtisadi sabitlik və hökumət siyasətimizin proqnozlaşdırılması - bütün bu amillər mümkün qədər çox ölkə ilə daha yaxın münasibətlərin qurulmasıüçün çox vacibdir.
Azərbaycanın coğrafiyası bu gün hər kəsə yaxşı məlumdur. Bizim Avropa ilə Asiyanın arasında yerləşməyimizdir. Əslində, iki qitənin ortasında yerləşirik və bu bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün Azərbaycan yük qatarlarının sürətini artırmaq üçün yeni, müasir dəmir yolları tikir. Dünyada yeni geosiyasi vəziyyətin mövcudluğuna və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət olduğuna görə dəniz ticarət limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub.
Ölkəmizdə eyni zamanda hava limanlarının da layihələri artıq tamamlanır. Hal-hazırda Laçında hava limanı tikilməkdədir. Laçın hava Limanı işğaldan azad olan ərazilərimizdə tikilən üçüncü Beynəlxalq Hava limanıdır. Bundan sonra daha altı hava limanı tikilərək, sərnişin və yük daşınmaları üçün tikilən hava limanlarının sayı doqquza çatdırılacaqdır.
Beynəlxalq konfransda Prezident İlham Əliyevin növbəti dəfə yeni reallıqlara aydınlıq gətirməsi, ölkəmizin öz qonşuları ilə, Cənubi Qafqazla əməkdaşlıq etmək istəyən digər dövlətlərlə dostluq münasibətləri və əlaqələri qurmağa hazır olması da onu göstərdi ki, Azərbaycan Cənubi Qafqaz dövləti olaraq sülhü, əmin-amanlığı, inkişafı dəstəkləyir. Azərbaycan Prezidenti konfransdakı çıxışında İsraildə səfirlik və Fələstində Təmsilçilik Ofisinin açılması barədə fikirlərini ifadə edərək İsraildə səfirliyin və Fələstində Təmsilçilik Ofisinin açılmasının milli maraqlara əsaslandığını bildirib. Dövlət başçısı bu qərarın sülhün möhkəmlənməsi işinə və bu dövlətlərdə uzunmüddətli, səmərəli əməkdaşlığa xidmət edəcəyini qeyd edib.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45

