Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir
01.12.2022 [11:30]
Laçın rayonu 1992-ci il may ayının 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdir. İşğal nəticəsində 64 minə yaxın Azərbaycan vətəndaşı öz yurdundan didərgin düşmüş, 300-dən artıq hərbçi, eləcə də mülki şəxs həlak olub və itkin düşüb. Rayonda 9 minə yaxın bina, həmçinin 7 sənaye və tikinti müəssisəsi, eləcə də 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğala məruz qalıb.Erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdıb talan etmişlər. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin olan Laçın rayonunda Turşsu, Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar mövcuddur.
Ermənilər qanunsuz olaraq Laçında məskunlaşmaqla rayonun sərvətlərini mənimsəyirdilər və elə düşünürdülər ki, daimi olaraq orada qalacaqlar. Lakin cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan ordusunun döyüş meydanında əldə etdiyi mütləq qələbələr düşməni “ağ bayraq” qaldırmağa məcbur etdi. 10 noyabr tarixli kapitulyasiya aktına əsasən düşmən 1 dekabr 2020-ci il tarixdə Laçından çıxmağa və ordumuzun döyüş meydanında başlatdığı qələbələr siyasi müstəvidə də zəfərlə nəticələnməsinə imkan yaratdı.
Qürur hissi ilə demək lazımdır ki, iyirmi səkkiz illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan Bayrağı dalğalanır. Azərbaycanın ən böyük rayonlarından biri olan Laçının şəhid verilmədən erməni işğalından azad edilməsi ölkəmizin ictimai-siyasi həyatında möhtəşəm və parlaq tarixi hadisəyə çevrilib.
Cənab Prezident İlham Əliyevin 2020-ci il noyabrın 26-da imzaladığı sərəncama əsasən “Laçının azad olunmasına görə” medalı təsis edilib. Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8395 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün işğaldan azad olunmuş ərazilərdə o cümlədən Laçın rayonunda genişmiqyaslı tikinti quruculuq işlərinə başlanmışdır. Rayonda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasının göstəricisidir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təstiq olunmuş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qaydışa dair I Dövlət Proqramı” üzrə Laçın rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İşğaldan azad edilmiş ərazilərə Böyük Qaydış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetlərindən biri kimi müəyyən olunmuşdur.
Son olaraq bir daha vurğulamaq yerinə düşər ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, hərbi qələbəni siyasi qələbəyə çevirən diplomatik məharəti nəticəsində Ağdam və Kəlbəcər kimi Laçın rayonunun da qan tökülmədən, şəhid verilmədən geri qaytarılması tarixi hadisədir.
Varis Rüstəmov,
YAP Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33

