Vüsar İsmayılov: “Zəngilan Hava Limanının açılışı xalqımız üçün çox əlamətdar hadisədir”
26.10.2022 [11:39]
Cari ilin oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Zəngilan Hava Limanının açılışı baş tutdu. Açılış mərasimindən sonra hər iki dövlət başçısının Cəbrayıl şəhərində təkbətək görüşü oldu və mətbuata birgə bəyanatlarla çıxış etdilər.
Ölkələrimiz və bütün türk dünyası üçün olduqca əlamətdar hadisə olan bu tarixi günlə bağlı açıqlama verən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılovun sözlərinə görə Zəngilan şəhərinin erməni işğalından azad olunmasının ikinci ildönümündə Zəngilan Hava Limanının açılışının baş tutması Qarabağ və Şərqi Zəngəzur bölgəsi üçün çox önəmlidir: “Vətən müharibəsində ordumuzun Zəngilan şəhərini işğaldan azad etməsi hərb tariximizin ən şanlı səhifələrindən biri, dövlətimizin və xalqımızın sarsılmaz qətiyyətinin təntənəsi idi. Sevindirici haldır ki, bu zəfərimiz, eyni zamanda Azərbaycan və Türkiyə qardaşlığının, həmrəyliyinin nəticəsi idi. Çünki işğal dövründə olduğu kimi, Vətən müharibəsi zamanı da Türkiyə dövləti və qardaş türk xalqı Azərbaycana dəstəyini əsirgəmədi. Türkiyənin göstərdiyi siyasi, diplomatik və mənəvi dəstək bizlərə əvəzsiz güc və qüvvət bəxş etdi. Hətta bu dəstək ölkəmizə qarşı çirkin kampaniyalarda maraqlı olan, haqlı mübarizəmizə müxtəlif don geyindirərək, dünya ictimaiyyətini çaşdırmağa, yanlış yönləndirməyə çalışanlara və müharibəyə əlavə ölkələri qoşaraq, işğalçı Ermənistana dəstək göstərməyə çalışanlara əsl cavab və iradə nümayişi idi”.
Vüsar İsmayılovun bildirdiyinə görə işğaldan azad edilmiş tarixi torpaqlarımızın yenidən inşa edilməsi, qurulması prosesində də Türkiyə bizim yanımızdadır və bu əzmkarlığı hiss etmək hədəflərimizə ən qısa zamanda çatmağımız üçün çox böyük dəstəkdir. Bu gün azad edilmiş ərazilərimizdə yeni-yeni nəqliyyat qovşaqlarının tikintisi prosesi uğurla davam etdirilir. Təkcə hava limanları deyil, müxtəlif avtomobil və dəmir yollarının, körpü və tunellərin və s. inşası burada görülən və gələcəkdə nəzərdə tutulan işlərin miqyasından xəbər verir. Xüsusi vurğulamaq lazımdır ki, bu inşa işlərinin həyata keçirilməsində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Görülən işlər onu deməyə əsas verir ki, Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və Azərbaycan bu məsələdə də öz siyasi iradəsini ortaya qoyub.
Keçən il tarixi Şuşa şəhərində iki ölkə arasında imzalanan Şuşa Bəyannaməsini xatırladan rayon təşkilatının sədri qeyd etdi ki, Azərbaycan və Türkiyənin rəsmən müttəfiq olması bölgəyə və dünyaya ciddi mesajdır. Müxtəlif sahələri əhatə edən müttəfiqlik münasibətləri ölkələrimizin inkişafına önəmli töhfə olmaqla yanaşı, eyni zamanda bölgəmizdə sülhün təmin olunması prosesinə təsir edir. Çünki Azərbaycan və Türkiyə regionda ölkələrin və xalqların qarşılıqlı anlaşma və hörmət çərçivəsində əməkdaşlıq etməsində maraqlıdır. Bu istiqamətdə irəli sürülən təşəbbüslər və atılan addımlar hər iki ölkənin mövqeyini açıq ifadə edir. Həmçinin sülhə və sabitliyə xələl gətirmək istəyən, müxtəlif təxribatçı əməllərə və bəyanatlara yol verən dövlətlər anlamalıdır ki, onların heç bir addımı cavabsız qalmayacaq. İstər Ermənistanın, istərsə də onun havadarlarının revanşist niyyətləri və cəhdləri öz layiqli cəzasını alacaq.
Azərbaycan və Türkiyə qardaşlığının, dostluğunun tarixi əsasları var və bu tarixi miras bu gün yüksək səviyyədə davam etdirilir: “Azərbaycanla Türkiyə arasında münasibətlər dövlətlərimizin və türk millətinin maraqlarına xidmət edir. Tarixin bütün dönələrində kədərli və sevincli günlərimizdə bir-birimizə dəstəyimizi əsirgəməmişik. Vətən müharibəsində isə Azərbaycan və Türkiyə həmrəyliyinin ən yüksək pilləyə çatdığının şahidi olduq. Bu bərabərlik bizləri qürurlandırır, gücümüzə güc qatır. Əminik ki, Azərbaycan və Türkiyə bundan sonra da daha da inkişaf edəcək, bu gün olduğu kimi, gələcəkdə də bir çox məsələlərdə əsl söz sahibi olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20

