Müasir idarəetmənin tətbiqi bölgələrin dayanıqlı inkişafını təmin edəcək
28.07.2022 [11:13]
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
Bu gün Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizlə yanaşı, bütün bölgələrin sosial-iqtisadi inkişafı dövlət başçısı İlham Əliyevin diqqətindədir. İyulun 25-də Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən atılan addımların, qarşıya qoyulan hədəflərin, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bu çağırışı etdi ki, ölkəmizdə işlər elə getməlidir ki, heç bir narahatedici problem, heç bir ədalətsizlik olmasın. Bütün imkanlar var – təbii sərvətlərimiz, coğrafi mövqeyimiz, beynəlxalq nüfuz, infrastruktur layihələri: “İndi hər şey göz qabağındadır. Azərbaycan necə sürətlə inkişaf edir, xüsusilə indiki şəraitdə ki, həm dünyada iqtisadi böhran hökm sürür, həm digər narahatedici məsələlər göz qabağındadır. İndi belə olan halda, hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq. İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.
Son 18 ildə regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət proqramı uğurla icra edilib və dördüncü sənədin icrası davam edir. Ölkəmizin hərtərəfli inkişafı həyata keçirilən siyasətin əsasını təşkil edir. Bunun üçün kompleks tədbirlər həyata keçirilir, ayrı-ayrı sahələri əhatə edən Dövlət proqramları təsdiqlənərək uğurla icra edilir. Regionların inkişafında malik olduqları potensialdan səmərəli istifadəyə yol açan Dövlət proqramlarının icrasının uğurlu nəticələri göz qabağındadır. Bölgələrdə infrastrukturun yenilənməsinə, müasir tələblərə cavab verməsinə xüsusi diqqət göstərilir. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su, sosial infrastruktur layihələri icra olunur. Hər rayonda müasir xəstəxana, tibb ocaqları, məktəblər inşa edilir. İnsanların rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev sözügedən görüşdə bu məqamı qeyd etmişdir ki, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İmkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırılır.
Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu çağırışı səsləndirir ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. Buna əsas verən ölkə əhalisinin artmasıdır. Cənab İlham Əliyev qeyd edilən görüşdə bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.
Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri budur ki, icra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir. Sağlam cəmiyyətdə ədalət hökm sürür.
Şəhid ailələrinə diqqət və qayğı daim prioritetdir. Dövlət başçısının görüşdə diqqət yönəltdiyi məsələlərdən biri məhz bu oldu. İkinci Qarabağ müharibəsindən əvvəl və sonra şəhid ailələri daim dövlətin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşləri olur. Onların məişət problemləri dövlət tərəfindən həll edilir. Prezident İlham Əliyev görüşdə bu statistik rəqəmi də açıqladı ki, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər, minlərlə minik maşını verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu işlər görüləcək.
Dövlət hər bir vətəndaşının yanındadır, onların qayğıları ilə maraqlanır, həlli istiqamətində mühüm addımlar atır. Dövlət başçısı İlham Əliyev bu tələbi qarşıya qoydu: “Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.
Hər bir ölkənin inkişafında əsas amillərdən biri idarəetmədə ciddi islahatların aparılmasıdır. Ölkəmizdə davamlı islahatlar həyata keçirilir. Kadr islahatları hədəflərə yüksək səviyyədə nail olmağa öz müsbət təsirini göstərir. Şəffaflığın təminatı, korrupsiyaya qarşı mübarizə bütün dövrlərdə aktuallığını qoruyur. Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılır. Dövlət başçısı İlham Əliyev bir daha bu xəbərdarlığı etdi ki, kiminsə tamahına, şəxsi maraqlarına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik. Hər bir rayonda müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti bundan ibarətdir.
Xəbər lenti
Hamısına baxSosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50

