İşğaldan azad olunmuş torpaqlarımıza “Böyük Qayıdış” prosesinə start verildi
31.05.2022 [12:44]
Ata vəsiyyətini yerinə yetirən, vədinə sadiq qalan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad olundu və mənfur düşmənlərdən təmizləndi. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Prezident İlham Əliyev hər dəfə bu və ya digər rayona səfər edərkən görülən işlərlə yerindəcə tanış olur, hazır olan obyektlərin açılışını edir, yenilərinin təməlini qoyur. Dövlət başçısının mayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri də istisna təşkil etmədi. Dövlətimizin başçısı və birinci xanım Füzuli rayonunda Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə tanış oldu, Cəbrayıl rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin Soltanlı stansiyasının və “Azərenerji” ASC-nin 330/110 kV-luq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimində iştirak etdilər. Bütün bu işlər, təbii ki, Azərbaycan ictimaiyyəti tərəfindən böyük maraqla izlənilir və yüksək qiymətləndirilir. Digər tərəfdən, 30 il ərzində ev-eşiyindən ayrı salınmış soydaşlarımız da doğma ocaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bu mənada Prezidentin hər bir səfəri böyük ümid və intizarla izlənilir. Eləcə də yeni obyektlərin və infrastrukturun tikintisi insanlarda sabaha ümid yaradır.
Qeyd edək ki, Dövlətimizin başçısı və birinci xanım səfər çərçivəsində Zəngilan Beynəlxalq Hava Limanının və “Paşa Holding” MMC-nin dəstəyi ilə Heydər Əliyev Fondu tərəfindən inşa olunan Zəngilan məscidinin tikinti işləri ilə tanış oldular, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimində iştirak etdilər. Eyni zamanda, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Zəngilan şəhərinin Baş planı təqdim olundu. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə tanış olarkən Prezidentə və birinci xanıma məlumat verildi ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulmuş və ümumi uzunluğu 123,6 kilometr olan bu yolun tikintisi sürətlə davam etdirilir. Başlanğıcını Füzuli rayonunun Əhmədbəyli kəndindən götürən yol birinci texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 77 kilometrlik hissəsi altı, qalan 46,6 kilometrlik hissəsi isə dörd hərəkət zolaqlı olacaq. Yol boyunca üç avtomobil tuneli inşa edilir. Tunellərdən birində qazma işləri artıq yekunlaşıb, hazırda beton işləri icra olunur. Digər iki tuneldə isə qazma işləri davam etdirilir. Həmçinin bu yolun üzərində 15 avtomobil körpüsü, 5 yolötürücü və 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda 14 körpü, 3 yolötürücü və 38 yeraltı keçidin tikintisi aparılır. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması nəzərdə tutulur.
Xüsusilə vurğulamaq lazımdır ki, bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.
Yeri gəlmişkən, regionda icra edilən mühüm obyektlərdən biri də Zəngilan Beynəlxalq Hava Limanıdır ki, burada da torpaq işləri tamamlanıb, uçuş-enmə zolağında asfalt-beton işləri davam edir. Zolağın uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək. Aeroportun hava hərəkəti qülləsinin tikintisinin iyulda tamamlanması planlaşdırılır. Avqustun sonunda isə terminal binasında işlərin başa çatdırılması nəzərdə tutulur. Beynəlxalq standartlara uyğun inşa edilən terminal binası saatda 200 sərnişinə xidmət edəcək. Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.
Ən əsası, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Onu da deyək ki, işğaldan azad olunmuş ərazilərdə Füzulidəki və Zəngilandakı hava limanlarından əlavə, daha bir beynəlxalq statuslu Laçın aeroportu tikilməkdədir.
Dəmir yolları, avtomobil yolları çəkilir. Avtomobil yollarının bir çoxu altı və dörd zolaqlıdır. Zəngilanda hava limanı tikilir və bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Bütün bu tədbirlər, təbii ki, vətəndaşlarımızın ləyaqətli şəkildə öz yurdlarına qayıtmasına, onların işlə təmin edilməsinə, eləcə də regionun sosial-iqtisadi inkişafına hesablanıb.
Hazırda həmin ərazilərdə bərpa-quruculuq işləri surətlə davam edir, infrastruktur layihələr dayanmadan genişlənir. Birinci pilot layihə məhz Zəngilanda, Ağalı kəndində icra edildi. Bir il əvvəl inşaat işlərinə başlanan bu yerdə indi 200 evdən ibarət gözəl kənd salınıb - “Ağıllı kənd”. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur.
Məhz Zəngilan rayonunun Ağalı kəndində görülən işlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vədinə sadiq qaldığını təsdiq edir, işğaldan azad olunmuş bütün torpaqlarımızın abadlaşdırılacağını, soydaşlarımızın tezliklə öz ata yurdlarına qayıdacaqlarını təmin edəcəkdir.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

