YAP vəd vermir, real iş görür
19.10.2010 [09:19]
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədi Mirkazım Kazımovun rayonun Alar, Günəşli və Qarazəngir kəndlərinin seçiciləri ilə təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan, YAP Cəlilabad rayon təşkilatının sədr müavini, partiyanın Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsi Hafiz Savadov seçkilərə hazırlığın vəziyyəti və ölkəmizin ictimai-siyasi durumu barədə məlumat verib. YAP-ın səlahiyyətli nümayəndəsi bildirib ki, hazırda ölkəmiz mühüm siyasi hadisə - parlament seçkiləri ərəfəsindədir. Seçkilərdə iştirak edən siyasi qüvvələr öz seçki proqramlarını açıqlayaraq qarşıdakı 5 ildə həyata keçiriləcək tədbirlər barədə mövqelərini ortaya qoyublar. Seçkilərə aktiv şəkildə hazırlaşan YAP-ın təqdim etdiyi mükəmməl seçki proqramı seçicilər tərəfindən rəğbətlə qarşılanmaqdadır.
H.Savadov 520 mindən artıq üzvü olan YAP-ın güclü siyasi təşkilat olduğunu bildirərək, partiyamızın bütün seçkilərdə böyük səs çoxluğu ilə qalib gəldiyini diqqətə çatdırıb. Partiyanın namizədlərinin xalq tərəfindən həmişə dəstəkləndiyini qeyd edən YAP-ın səlahiyyətli nümayəndəsi noyabrın 7-də keçiriləcək parlament seçkilərində növbəti qələbənin təkrarlanacağını əminliklə bildirib.
YAP-ın 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizədi Mirkazım Kazımovun vəkili Bayandur Zeynalov rayonda seçicilərlə görüşlərin böyük ruh yüksəkliyi və yüksək fəallıq şəraitində keçdiyini bildirib. Mirkazım Kazımov barədə məlumat verən H.Cavadov deyib ki, 1950-ci ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olan M.Kazımov Moskva Yeyinti Sənayesi İnstitutunu bitirib. 1973-cü ildən əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. 1994-cü ildən Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında baş təlimatçı, işlər müdiri vəzifəsində işləyib. M.Kazımov YAP Siyasi Şurasının üzvüdür. İkinci və üçüncü çağırış Milli Məclisin üzvü seçilib.
Sonra Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi Mirkazım Kazımov respublikamızdakı ictimai-siyasi, iqtisadi, sosial islahatlar barədə geniş məlumat verib. M.Kazımov qeyd edib ki, 20 ilə yaxındır ki, müstəqillik həyatını yaşayan Azərbaycan bu gün uğurlu inkişafını davam etdirir. Ulu öndərimiz Heydər Əliyevin böyük səyləri, böyük zəhməti nəticəsində ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıq son illər daha da möhkəmlənib. Böyük siyasi xadim Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində Azərbaycanda güclü sabitlik təmin olunub, genişmiqyaslı islahatlar həyata keçirilib, xalqımızın sosial yaşayış şəraiti yaxşılaşıb. Bu gün Azərbaycan inkişaf edən, dünyada öz sözünü deyən dövlətdir. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər respublikamızla sıx əməkdaşlıq edir, prinsipial məsələlərdə Azərbaycanın mövqeyini dəstəkləyirlər. Hazırda dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll edilməsi istiqamətində apardığı prinsipial, ardıcıl, qətiyyətli mövqe Azərbaycanın gücünü daha da artırır. Bu siyasət partiyaya, onun seçkilərə qatılan namizədlərinə xalqın inamı üçün dərin əsaslar yaradır.
M.Kazımov YAP-ın bu seçkilərə hansı iqtisadi-siyasi platforma ilə getdiyindən ətraflı danışaraq bildirib ki, Yeni Azərbaycan Partiyası vəd vermir, YAP real iş görür. Bunu yüksək qiymətləndirən xalq həmişə YAP-a dəstək olub. M.Kazımov partiyamızın namizədlərinin növbəti seçkilərdə də qələbə qazanacağına inandığını söyləyib.
Tədbirdə çıxış edən seçicilər Yeni Azərbaycan Partiyasının namizədlərini yekdilliklə dəstəkləyəcəklərini bildirib. Alar kəndinin ağsaqqalı Məmmədağa Bəhramov, Azərbaycan Yazıçılar Birliyinin üzvü Misir Alarlı, Alar kənd 3 saylı orta məktəbin direktoru Elxan Qarayev, Heydər Əliyev adına Alar kənd orta məktəbinin direktoru Saməddin Kərimov, kənd ziyalısı Firəvan Dadaşov çıxış edərək qarşıdakı seçkilərdə YAP-ın mütləq qələbəsinə əmin olduqlarını bildiriblər. Eləcə də Günəşli kəndinin seçicilərindən Aydın Səfərov, Kəramət Həsənov, İxtiyar Bayramov, Rəfiqə Əliyeva, İbrahim Əliyev, Qarzəncir kəndinin seçicilərindən Məhərrəm Bayramov, Mirəhməd Ağayev, Kəmalə Şərbətova, Maşallah Hüseynov, Hüsaməddin Əhmədov, Rəhmdil Həsənov, Ramiz Ağayev çıxış edərək noyabrın 7-də YAP-ın ən layiqli namizədlərinə səs verəcəklərini diqqətə çatdırıblar.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

