Qarabağ ölkəmizin öz imkanları hesabına bərpa olunaraq günü-gündən inkişaf edəcək
14.04.2022 [19:17]
Cənab Prezident İlham Əliyev 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə postmünaqişə dövrünün reallıqlarının qəbulu istiqamətində atılan addımlardan və onların uğurlu nəticələrindən, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işlərindən, Azərbaycanın sosial-iqtisadi yüksəlişindən və inkişafı şərtləndirən amillərdən geniş bəhs etmişdir. Cari ilin 3 ayında Azərbaycan bütün sahələrdə uğurla inkişaf edib. Ötən üç ayın yekunları keçən il əldə edilmiş uğurların davamıdır. Ölkənin hərtərəfli inkişafında əsas amillərdən olan iqtisadi tərəqqi sosial-iqtisadi göstəricilərdə özünü qabarıq şəkildə büruzə verir.
Qalib Azərbaycanın 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələ üçün müəyyənləşdirdiyi beş mühüm prioritetdən biri Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın təmin edilməsi ilə bağlıdır. Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş torpaqlarda bərpa işlərinə başlanılıb. “Azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq”, - deyən Prezidentimizin tapşırıqları bugün uğurla icra olunur.
Azərbaycan dövləti heç kimdən bir manat belə dəstək almamışdır. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. İşğaldan azad olunan ərazilərimiz nümunəvi bölgə kimi inkişaf etdiriləcək. Çox keçməyəcək ki, onların həsrətinə son qoyulacaq, vətəndaşlarımız öz doğma yurdlarına qayıdacaq və orada rahat, firavan yaşayacaqlar.
İşğaldan azad edilmiş ərazilərə qayıdacaq insanlar üçün layiqli həyatı təmin etmək məqsədilə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür, ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Artıq bir neçə yol layihəsinin icrası tamamlanıb. Ötən il Füzulidən mədəniyyət paytaxtımız olan Şuşaya çəkilən 100 kilometr uzunluğunda Zəfər yolunun istifadəyə verilməsi böyük rəmzi məna daşıyır. Hazırda Şuşaya aparan ikinci avtomobil yolunun (Əhmədbəyli-Füzuli-Şuşa), bu yol üzərində inşa olunan tunelin və körpülərin tikintisi də intensiv şəkildə davam etdirilir. Həmçinin Bərdə-Ağdam, Kəlbəcər-Laçın avtomobil yolunun və təxminən 4 kilometrlik tunelin inşası da sürətlə həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılmasının digər mühüm bir istiqamətini dəmir yollarının inşası təşkil edir. Hazırda Bərdə-Ağdam dəmir yolunun tikintisi aparılır. Bu yolun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərdə üç hava limanının yaradılması istiqamətində də işlər aparılır. Bir sözlə, Qarabağımızı cənnətə çevirəcəyik.
44 günlük müharibəni zəfərlə başa vuran və yeni reallıqlar yaradan Azərbaycan regional əməkdaşlıq platformalarının formalaşmasına güclü siyasi iradə nümayiş etdirir. Artıq Azərbaycanın regionda yaratdığı yeni reallıqlar aparıcı təşkilatlar tərəfindən beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Bundan sonrakı dövrdə də Azərbaycanımız daha da qüdrətlənəcək, dünyada nüfuzu daha da artacaq.
YAP Ağstafa rayon təşkilatının sədri
Etibar Hacıyev
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18

