/ / “Ümummilli liderin irsinə əsaslanan Azərbaycanın inkişaf strategiyası” mövzusunda konfrans keçirilib
“Ümummilli liderin irsinə əsaslanan Azərbaycanın inkişaf strategiyası” mövzusunda konfrans keçirilib
06.12.2021 [18:31]
Dekabrın 6-da Yeni Azərbaycan Partiyası Veteranlar Şurası, Mərkəzi Aparatı və Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli liderin irsinə əsaslanan Azərbaycanın inkişaf strategiyası” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Veteranlar Şurasının üzvləri, YAP Mərkəzi Aparatının əməkdaşları və partiyanın Binəqədi rayon təşkilatının fəal gəncləri iştirak ediblər.
Əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidənin önünə gül dəstələri düzülüb.
Konfransda ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Ulu öndər Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri olduğu 30 ildən artıq bir dövr dövlətçiliyimizin və xalqımızın mənlik şüurunun formalaşmasında tarixi bir mərhələ təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsinə, çiçəklənmə, cəmiyyətdə yeni dünyabaxışının formalaşması, insanların öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmiz məhv olmaq təhlükəsindən qurtardı. Ümummilli lider Heydər Əliyevin müasir və müstəqil Azərbaycana rəhbərliyinin əsas nəticəsi ondan ibarətdir ki, dağılmaq ərəfəsində olan ölkəmiz dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bu heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna yönəltmək üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu bugünkü Azərbaycanı daim qorumalıyıq”.
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış edərək bildirib ki, bu gün müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası dayanır. Bu strategiyanın tarixi Ulu Öndərin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən başlayır. Onun sözlərinə görə, görkəmli dövlət xadiminin respublikamızda rəhbərliyə gəlməsi bir çox sahədə ciddi inkişafa yol açıb, nəticədə xalqımızın gələcək müstəqilliyinə hədəflənən milli özünüdərkin əsası qoyulub.
Sonra YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri barədə məruzə ilə çıxış edib. Ulu Öndərin müstəsna xidmətlərinin hələ uzun illər tədqiqatçıların diqqət mərkəzində olacağını qeyd edən U.Ələkbərov müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinin Azərbaycan yaşadıqca daim xalqımızın yaddaşında, ürəyində yaşayacağını vurğulayıb.
Məruzəçi Ümummilli Liderin ölkəmizin inkişafı istiqamətində başladığı nəhəng işlərin, möhtəşəm layihələrin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb və qeyd edib ki, bütün bu işlərin reallaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xüsusi rolu var. U.Ələkbərov, ötən dövr ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər, dünya ölkələri arasında tutduğu yer barədə məlumatları slaydlar vasitəsilə konfrans işrirakçılarının diqqətinə çatdırıb.
YAP Veteranlar Şurasının üzvü, professor Şahlar Əsgərov çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişaf və tərəqqisinə həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan ulu öndərimizin şah əsəridir. Ş.Əsgərov hələ sovetlər hakimiyyəti dövründə Heydər Əliyev tərəfindən minlərlə gəncin keçmiş ittifaq respublikalarının ali məktəblərinə göndərilməsini, Naxçıvanski adına hərbi litseyin yaradılmasını, 1993-cü ildə respublikamızın məhv olmaq təhlükəsindən xilas edilməsini müasir tariximizin ən mühüm hadisələrindən biri kimi səciyyələndirib.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov da çıxışında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib. O qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi ümummilli liderimiz Heydər Əliyevdir. Prezident İlham Əliyevin liderliyi ilə Heydər Əliyev siyasəti ölkəmizdə uğurla davam etdirilir. Bu siyasət davamlı olaraq Azərbaycana nailiyyətlər qazandırır.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41

