/ / Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib
29.07.2021 [08:46]
İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin deputatları, dövlət qurumlarının əməkdaşları və elm xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər gül dəstələri düzüblər.
Gəncə Heydər Əliyev Mərkəzi ilə tanış olan konfrans iştirakçılarına bildirilib ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib.
Numan Kurtulmuş Heydər Əliyev Mərkəzinin xatirə kitabına ürək sözlərini yazıb.
Sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası arasında imzalanmış ikitərəfli Əməkdaşlıq Protokolundan sonra ilk belə konfransın Gəncə şəhərində keçirildiyini qeyd edib. 44 günlük Vətən müharibəsinin Türkiyə-Azərbaycan münasibətlərinin zirvəsi olduğunu bildirən Tahir Budaqov qarşılıqlı əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib. İki ölkəni birləşdirən tarixi köklərin, mədəniyyətin, dinin və milli-mənəvi dəyərlərin olması ilə yanaşı, dövlət başçılarının qarşılıqlı münasibətlərinin də bu əlaqələrin yüksək səviyyəyə çatmasında böyük rol oynadığını vurğulayıb. Konfransın Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını qeyd edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri deyib ki, tarixən Gəncə Azərbaycanın milli istiqlal mübarizəsində, azadlıq və azərbaycançılıq ideyalarının həyata keçməsində müstəsna xidmətləri olmuş şəhərlərimizdəndir.
“Türkiyə - Azərbaycan dostluğu bizim milli köklərimizə əsaslanır və çoxəsrlik tarixə malikdir. Bütün zamanlarda bizim ürəyimiz türk qardaşlarımızla döyünüb, eyniylə onlarda olduğu kimi. Türkiyə Azərbaycanın hər bir problemini öz problemi, hər bir uğurunu öz uğuru kimi qəbul edib. Biz bunu bu gün əyani şəkildə bir daha görürük. Xüsusilə, 44 günlük Vətən müharibəsində Azərbaycanı istəməyən müxtəlif qurumların, təşkilatların təzyiqlərinə baxmayaraq, qardaş Türkiyə bizim yanımızda oldu”, - deyə Tahir Budaqov çıxışında qeyd edib.
AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş konfransın Vətən müharibəsindəki Zəfərdən sonra keçirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb. Bildirib ki, Qarabağ Zəfəri işğal altındakı ərazilərin azad olunması ilə birgə bütün dünyaya haqlı tərəfin hər zaman qələbə çalacağını göstərdi. Türkiyə Respublikası başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla müharibənin ilk günündən Azərbaycanın yanında oldu. Bu gün məqsəd bu Qələbədən sonrakı naliyyətləri daha yüksək səviyyəyə qaldırmaqdır.
“Qarabağ Zəfərinin əldə olunması ilə qazanılan nailiyyətlərdən biri də dünyanın ikili standartlar siyasətinin bir daha ortaya çıxarılmasıdır. Otuz ilə yaxın davam edən erməni işğalına, başda Minsk qrupu olmaqla, dünyadakı heç bir güc səsini çıxarmadı. Eyni formada BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə rəğmən, işğalın uzun illər davam etdiyinin və bu qurumun heç bir tədbir görmədiyinin şahid olduq. Möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özü ədalətsizliyə son qoydu, dünyada daha bir haqsızlıq aradan qaldırıldı”, - deyə Numan Kurtulmuş bildirib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AK Parti Sədrinin xarici əlaqələr üzrə müavini, Bursadan deputat Efkan Ala, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, SETA Araşdırmalar Mərkəzinin xarici əlaqələr üzrə mütəxəssisi professor Ferhat Pirinççi konfransda çıxış edərək Şuşa Bəyannaməsinin əhəmiyyətindən və gələcəkdə qarşılıqlı əlaqələrin inkişafındakı rolundan danışıblar.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, birgə şəkil çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42

