/ / YAP Mərkəzi Aparatında 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş keçirilib
YAP Mərkəzi Aparatında 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə görüş keçirilib
23.07.2021 [09:23]
İyulun 22-də Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 İyul - Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.
Görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan milli mətbuatının yaranmasının 146 ilinin tamam olduğunu deyən Tahir Budaqovun sözlərinə görə, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Ötən 146 ildə Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.
YAP Sədrinin müavini qeyd edib ki, keçmiş sovetlər ittifaqı dövründə də Azərbaycan mətbuatı öz milliliyini qoruyub saxlamağa nail olub: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başlayıb. Bu dövrdə Ulu Öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb”.
Tahir Budaqov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Bildirilib ki, dövlətimizin başçısının siyasəti nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində əhəmiyyətli uğurlar əldə olunub, eləcə də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Cənab Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.
YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, müharibə zamanı jurnalistlər döyüş bölgələrindən operativ informasiyalar verib, ordumuzun uğurları haqqında xalqa müfəssəl məlumatlar çatdırıblar. Eləcə də Ermənistanın hərbi cinayətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılmasında KİV nümayəndələrinin böyük əməyi var. Tahir Budaqov, həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu da diqqətə çatdırıb. Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimovla Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Cənab Prezidentin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi isə bir daha dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir.
Postmüharibə dövründə də informasiya müharibəsinin davam etdiyini deyən Tahir Budaqov Azərbaycan mediasının bu dövrdə də öz missiyasını uğurla yerinə yetirdiyini qeyd edib.
Həmçinin bildirilib ki, 22 İyul - Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş ənənə halını alıb və Yeni Azərbaycan Partiyası mətbuatla əməkdaşlığa daim böyük önəm verir. Yeni Azərbaycan Partiyası bundan sonra da əməkdaşlığın güclənməsində maraqlıdır.
Sonra görüşdə iştirak edən jurnalistlərə mükafatlar təqdim edilib.
Daha sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, “Cəbhə TV”-nin baş redaktoru Rəfail Becanov, “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı və “Səs” qəzetinin əməkdaşı Rövşən Rəsulov çıxış edərək Azərbaycan dövlətinin milli mətbuatımıza qayğısından bəhs edib, göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür ediblər.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48

