Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının X hesabat konfransı keçirilib
30.06.2021 [10:19]
İyunun 29-da Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva hesabat məruzəsi ilə çıxış edərək bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirən, nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan mövqeyindən, siyasi çəkisindən bəhs edib. Bildirib ki, YAP yarandığı gündən milyonların partiyasına çevrilib, öz siyasi əqidəsinə, tutduğu yola sadiq olub.
M.Abasquliyeva deyib ki, YAP Sabunçu rayon təşkilatı 1993-cü il yanvar ayında 30 nəfərdən ibarət təşkilat komitəsi ilə fəaliyyətə başlayıb: “IX konfransdan bu günə YAP Sabunçu rayon təşkilatının sıralarına 850 nəfər yeni üzv daxil olub. Hesabat dövründə 6 ərazi ilk partiya təşkilatı yaradılıb. IX konfransda təşkilatın 9951 nəfər üzvü var idi. Hazırda yeni üzvlərin daxil olması ilə bu rəqəm 10801 nəfərdir. Onlardan 6122 nəfər qadın, 4253 nəfər gənclərdir”.
Sonra YAP Sabunçu rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Nəbi Hacıyevin hesabatı dinlənilib.
Müzakirələr zamanı 252 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Xədicə Eminova, 74 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Murad Zeynalov, YAP Sabunçu rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev, YAP Sabunçu rayon təşkilatı İdarə Heyətinin üzvləri Asif Qurbanov və Gülnaz Abdullayeva çıxış edərək YAP Sabunçu rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi iqtidarında olan ordunun daha da güclənməsi, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbə nəticəsində ərazi bütövlüyü təmin edilən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu poseslərdə YAP daim ön sırada olub.
Ə.Tağıyev YAP Sabunçu rayon təşkilatına gələcək fəaliyyətində uğurlar diləyib.
Konfransda YAP Sabunçu rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxİdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47

