/ / YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gənclər siyasəti və onun təkmilləşdirilməsi tədbirləri” mövzusunda kursu keçirilib
YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gənclər siyasəti və onun təkmilləşdirilməsi tədbirləri” mövzusunda kursu keçirilib
12.01.2021 [09:19]
Yanvarın 9-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gənclər siyasəti və onun təkmilləşdirilməsi tədbirləri” mövzusunda kursu keçirilib.
Əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib.
Sonra Milli Məclisin deputatı Vüqar İsgəndərov mövzu ilə bağlı məruzə edib. O, bildirib ki, yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərindən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda əsası 1994-cü ildən Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Odur ki, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.
Ölkənin gələcəyinin gənclərin sosial-siyasi fəallığından asılı olduğunu deyən millət vəkilinin sözlərinə görə, son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki regionda, hətta bütün dünyada müasir və uğurlu model kimi qiymətləndirilir. Artıq Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Gənclərin öz problemlərini ölkə rəhbərinə birbaşa çatdırması, fikirlərinin azad və sərbəst şəkildə ifadə olunmasına bütün şəraitin yaradılması ölkəmizdə gənc nəslə yüksək və xüsusi qayğının əyani təsdiqidir.
V.İsgəndərov qeyd edib ki, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.
Daha sonra Vüqar İsgəndərov kurs iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

