/ / YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov İCAPP-ın Daimi Komitəsinin 34-cü iclasında iştirak edib
YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov İCAPP-ın Daimi Komitəsinin 34-cü iclasında iştirak edib
26.11.2020 [09:30]
Noyabrın 25-də Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin videokonfrans formatında 34-cü iclası keçirilib.
İclasın açılışında çıxış edən İCAPP-ın həmsədri Xose de Venesia bu il təşkilatın yaranmasının 20 ilinin tamam olduğunu bildirib. O qeyd edib ki, 20 il əvvəl 40 siyasi partiyanın iştirakı ilə yaranan təşkilatda bu gün 50-dən çox ölkədən 300-dən artıq siyasi partiya birləşib. “Biz müxtəlif ideologiyaları özündə ehtiva edən iqtidar və müxalifət partiyalarını bu təşkilatda birləşdirməyə nail olmuşuq. Təşkilatımızın amalı regionumuzda, o cümlədən dünyada sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət etməkdir”, - deyə İCAPP-ın həmsədri vurğulayıb.
Xose De Venesia qeyd edib ki, hazırda bütün dünya COVID-19 pandemiyası ilə mübarizə aparır: “İndiyə qədər dünyada 60 milyondan çox insan bu virusa yoluxub, 1,4 milyondan artıq isə dünyasını dəyişib. Koronavirus pandemiyası dünyada sərhəd tanımayan bir təhdiddir. Biz İCAPP olaraq pandemiyaya qarşı mübarizədə həmrəyliyimizi nümayiş etdirməliyik”.
Daha sonra İCAPP-ın yeni baş katibi, Cənubi Koreyanın “Minjo” Partiyasının nümayəndəsi Ço Jeong-si iclasın gündəliyi haqqında məlumat verib. Gündəlikdə, COVID-19 pandemiyası ilə mübarizədə siyasi partiyaların rolu, təşkilatın növbəti tədbirlərinin keçirilməsi və s. məsələlər müzakirə olunub.
Çıxış edən Tailandın nümayəndəsi Naminə Tavesin koronavirusla mübarizədə Çin Xalq Respublikasının təcrübəsinə diqqət çəkib. O qeyd edib ki, virusla mübarizədə bu ölkənin təcrübəsindən geniş istifadə olunmalıdır.
Pakistanın nümayəndəsi Müşahid Hüseyn Sayed isə pandemiyanın yaratdığı çətinliklərdən danışıb. O, həmçinin qeyd edib ki, virusa qarşı peyvəndin hazırlanması işi təqdirəlayiqdir. Bu, virusla mübarizənin effektiv olacağına ümid verir. Pakistan nümayəndəsi, həmçinin Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından əldə olunan nəticələri də bu ilin vacib hadisələrindən biri kimi dəyərləndirib.
Müzakirələrdə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov tədbir iştirakçılarını salamlayaraq gündəlikdəki məsələlərə öz münasibətini bildirib. Əli Əhmədov qeyd edib ki, bu gün dünyada insanlar pandemiyadan ciddi şəkildə əziyyət çəkir, pandemiya insan sağlamlığına zərər vurmaqla yanaşı, ölkələrin iqtisadiyyatına və sosial həyatına da mənfi təsir edir. Onun sözlərinə görə, dünyanın ən qlobal probleminə çevrilən COVID-19-la yalnız qlobal səviyyədə mübarizə aparıldıqda ciddi şəkildə müsbət nəticələrin əldə olunması mümkün ola bilər.
YAP Sədrinin müavini çıxışında yaxın zamanlarda hazırlanacağı gözlənilən peyvəndlərə bütün insanların əlçatanlığına diqqəti yönəldib: “Məlumdur ki, dünyada 1,2 milyard insan yoxsulluq həddində yaşayır. Koronavirusa qarşı peyvəndin qiyməti isə 30-50 dollar civarında qiymətləndirilir. Ona görə də, yoxsul insanların özlərinin hesabına bu qiymətə peyvəndə əlçatanlığı problemlidir. Həmin insanların peyvəndə əlçatanlığını təmin etmək üçün 30-40 milyard dollar civarında vəsaitə ehtiyac var. Ona görə də, beynəlxalq səviyyədə bu peyvəndin çatdırılması ilə əlaqədar layihə hazırlanmasa, ehtiyacı olanların onu əldə etməsi çətin olacaq. Hesab edirəm ki, yoxsul əhalinin əhəmiyyətli bir hissəsinin Asiya regionunda olduğu nəzərə alınaraq İCAPP COVID-19 pandemiyasına qarşı mübarizə ilə əlaqədar bu məsələdə təşəbbüslər irəli sürə bilər”.
Əli Əhmədov çıxışında, həmçinin beynəlxalq hüququn dünyada tətbiqi məsələsinə də toxunub. O, qeyd edib ki, 30 ilə yaxın Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdu: “Biz 30 il münaqişənin dinc yolla həll olunması üçün beynəlxalq hüququn təsirli olacağına inandıq və buna görə də gözlədik. Amma bu baş vermədi. İşğala əsaslanan status-kvonu saxlamaq üçün Ermənistanın dəfələrlə törətdiyi təxribatlardan sonra Azərbaycan beynəlxalq hüquqa əsasən öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara başladı. Bunun nəticəsində 44 gün ərzində torpaqlarımız işğaldan azad edildi. Bu, ədalətin bərpası deməkdir. Hesab edirəm ki, İCAPP beynəlxalq hüququn prinsiplərinin daha ciddi və sistemli şəkildə tətbiq olunmasının vacibliyi ilə bağlı təşəbbüsü dəstəkləmək istiqamətində addımlar ata bilər. Bu baxımdan, mən Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə gələn ilin bu zamanlarında “Sülh və əməkdaşlıq naminə dialoq: siyasi partiyaların rolu” mövzusunda beynəxlaq konfransın keçirilməsini təklif edirəm. İCAPP bu tədbirin keçirilməsində yaxından iştirak edə bilər”.
Tədbirdə, həmçinin Livanın nümayəndəsi Fadi Favaz, Nepalın nümayəndəsi Suzata Korola, Kambocanın nümayəndəsi Kuon Sudari, Hindistanın nümayəndəsi Vicay Colmi və başqaları çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildiriblər.
Sonda iclasın gündəliyində olan məsələlərlə əlaqədar müvafiq qərarlar qəbul olunub.
Xəbər lenti
Hamısına baxİdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

