Zəfərə aparan yol: 27 Sentyabr – xalqın qürur və Anım Günü
24.09.2026 [10:28]
Azərbaycan xalqının minillik tarixində bəzi tarixlər var ki, onlar sadəcə təqvim yarpağı deyil, milli qürurun, ədalətin bərpasının və xalqın dəmir iradəsinin simvoludur. Artıq 6-cı ildir ki, xalqımız sentyabrın 27-sini Anım Günü kimi qeyd etməyə hazırlaşır. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün 44 günlük Vətən müharibəsinin – Ermənistanın hərbi təcavüzünə qarşı başlanan “Dəmir yumruq” adlı əks-hücum əməliyyatının ildönümüdür. Bu tarix bir tərəfdən qəhrəman şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramı, digər tərəfdən isə xalqımızın otuz illik həsrətə son qoyan şanlı Zəfər yolunu başlanğıcını özündə ehtiva edir.
Keçmiş SSRİ-nin süqutu ərəfəsində yaranmış fürsətdən istifadə edib 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərində əvvəlcə soydaşlarımızı Qərbi Azərbaycandan deportasiya edən, ardınca isə Qarabağı və ətraf rayonları xarici havadarlarının dəstəyi ilə işğal edən ermənilər 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxladılar. Hətta BMT-nin 1993-cü ildə qəbul etdiyi Azərbaycan torpaqlarının azad olunmasının tələb olunduğu məşhur 4 qətnaməyə rəğmən, uzun illər boyu rəsmi İrəvanın beynəlxalq hüquq normalarını kobudcasına pozan işğalçı siyasəti və saxtakarlığı regionda sülhə və inkişafa əsas maneə oldu. Keçmiş Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə məşğul olmalı olan beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupunun həmsədri olan iri dövlətlər bu illər ərzində açıq-aşkar “ikili standartlar” siyasəti yürütdülər. İşğalçı ilə torpaqları zəbt olunmuş tərəf eyniləşdirilir, ədalətsiz və ermənipərəst mövqe sərgilənirdi.
Bunun fonunda sülhsevər və tolerant Azərbaycan xalqının səbir kasasını dolduran erməni hərbi təxribatları, həyasız siyasi bəyanatlar səngimək bilmirdi. 2016-cı ilin aprel döyüşlərindən sonra 2020-ci il iyulun 12-16-da Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat bir tərəfdən düşmənin təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdi, digər tərəfdən artıq münaqişənin sülh yolu həlli səylərinin birdəfəlik dalana dirəndiyini sübut etdi. Nəticədə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz suverenliyini bərpa etməkdən başqa yolunun olmadığını göstərdi. 30 illik erməni işğalına son qoyan Azərbaycan Ordusu torpaqlarımızın böyük bir hissəsini döyüş meydanında azad etdi – 5 şəhər, 4 qəsəbə, 286 kənd ermənilərdən şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına, Azərbaycan Ordusunun misilsiz rəşadəti hesabına geri alındı.
Altı il əvvəl müharibə dövründə arxa cəbhədə və ön cəbhədə uşağından qocasınadək bütün xalqımızın, hər birimizin ürəyi bir şüarla, bir qəti amalla qəzəb və qürur qarşıq döyünürdü: “öldü var, döndü yoxdur!” Bu, sadəcə o dövrün hərbi şüarı deyil, hər bir azərbaycanlının Vətən sevgisinin, ölümə meydan oxuyan mərdliyinin təcəssümü idi. Azərbaycan dövləti və xalqımız hər zaman həm döyüş meydanında, həm də müharibədən sonrakı dövrdə öz əsgərinin və vətəndaşının arxasında dağ kimi dayandı – müharibənin taleyini məhz xalq-dövlət-ordu birliyi həll etdi.
Vətən müharibəsinin fəal hərbi əməliyyatlar fazasını başa çatdıran 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata baxmayaraq, bölgədə sülhə mane olmaq istəyən qüvvələr hələ də öz məkrli əməllərinə davam etməkdə qətiyyət göstərirdilər. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlı dəstələrinin çıxarılmasını təmin etmək əvəzinə Ermənistandan yeni hərbi dəstələrin, silah-sursatın və minaların daşınmasına fəal dəstək göstərməsi vəziyyəti gərginləşdirdi. Halbuki 10 noyabr Bəyanatının 4-cü bəndində aydın göstərilmişdi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Əvəzində isə Qarabağın Zəfərdən sonrakı 3 ilə yaxın müddətdə ermənilərin nəzarətində qalan ərazilərində erməni terrorçularının sayı 15 min nəfərə çatdı, bütün ərazilər minalandı. Ermənilər yenidən təxribatlara əl atdıqlarında – sentyabrın 19-da baş verən mina partlamaları nəticəsində Azərbaycan polislərinin və mülki şəxslərin həlak olması Azərbaycan Ordusunu dərhal, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal antiterror əməliyyatı keçirməyə məcbur etdi və cəmi bir gün ərzində düşmən təslim olmağa məcbur edildi, nəticədə bu dəfə Qarabağda 30 illik yox, düz 100 illik (Dağlıq Qarabağa qondarma muxtar vilayət statusu 1923-cü ildə verilmişdi) işğala son qoyuldu, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu.
Azərbaycanın siyasi, dövlətçilik və hərb tarixinə qızılı hərflərlə yazılan bu şanlı qələbənin əldə olunmasında canından keçən qəhrəmanların xatirəsi hər zaman uca tutulur. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Anım Günü ilə bağlı çıxışlarında bu həqiqəti hər zaman xüsusi vurğulayır. Dövlət başçımız 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızı qaldırdıqdan sonra televiziya ilə xalqımıza müraciətində deyirdi: “Bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır, Azərbaycan övladıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.
Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Həm bu kontekstdə, həm də xalqımıza yaşatdığı böyük qələbə sevincinə görə bütün qazilərə və şəhidlərimizin ailələrinə dövlət tərəfindən hərtərəfli köməklik göstərilir, onların sosial rifahının qorunması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının qeyd etdiyi kimi: ““Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Artıq 6 ildir ki, xalqımız üçün sentyabrın 27-si – Anım Günü həm kədər, həm də sonsuz qürur günüdür. Şəhidlərimizin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların qəhrəmanlığı isə gələcək nəsillərə unudulmaz bir şücaət dərsi olaraq ötürüləcəkdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə dediyi kimi: “Bir daha demək istəyirəm ki, biz hər zaman, onlara borclu olmalıyıq. Gənc nəsil də daim bu ruhda tərbiyə almalıdır. Onların qəhrəmanlığı unudulmazdır, belə ağır coğrafi məkanda bu tarixi Qələbəni qazanmağın misli-bərabəri yoxdur. Düşmən bütün yüksəklikləri götürmüşdü. Buradan istənilən istiqamətə getsən görərsən ki, hər təpədə demək olar ki, onların postları, döyüş məntəqələri, bir neçə müdafiə xətti, tikanlı məftil və minalar, bunu yarmaq, atəş altında qabağa getmək nə qədər böyük cəsarət tələb edir. Bu, bəlkə də dünya hərb tarixində olmayıb. Olubsa, qoy, bizə desinlər harada olub. Olmayıb, bunu Azərbaycan xalqı göstərmişdir. Biz işğal dövründə elə gənc nəsil yetişdirdik ki, onlar Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdilər”.
Elman Cəfərli
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxSiyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07
Dünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25

