Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək

23.09.2026 [11:41]

Polşa Prezidenti Karol Navrotski ümid edir ki, ABŞ son nəticədə onun ölkəsində daimi hərbi baza yaratmaq planlarını təsdiqləyəcək. Bunun baş verəcəyi təqdirdə hərbi bazaya “Fort Trump” adı veriləcək.

AZƏRTAC xəbər verir ki, Polşa Prezidenti bu açıqlamanı Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində “Bloomberg” agentliyinə müsahibəsində verib.

Navrotski hərbi baza ilə bağlı qərarın zaman məsələsi olduğuna əmindir. “European Pravda” nəşrinin məlumatına görə, Polşa Prezidenti tikintinin ABŞ lideri Donald Trampın səlahiyyət müddətinin bitməsindən əvvəl – 2029-cu ilədək başa çatmasını istəyir.

“Amerika administrasiyası və hər iki hökumət bu işi başa çatdırarsa, inanıram ki, Prezident Tramp “Fort Trump”ın açılış mərasimində şəxsən iştirak edə biləcək”, - deyə o bildirib.

Navrotski hələ də həll edilməli olan inzibati və maliyyə məsələlərinin mövcudluğunu da etiraf edib. Prezident qeyd edib ki, hazırda rotasiya əsasında təxminən 10 min Amerika əsgərinə ev sahibliyi edən Polşa ABŞ-nin Almaniyada yerləşən bəzi əsgərlərini qəbul etməyə hazır olacaq.

İyunun 3-də Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış onun ölkəsinin ərazisində yeni daimi Amerika hərbi bazasının yaradılması ilə bağlı Pentaqon rəhbərinə rəsmi təklif təqdim etdiyini açıqlamışdı. Sentyabrın 17-də Tramp Polşada ABŞ hərbi bazasının yaradılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

Paylaş:
Baxılıb: 118 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

“Birliyin Gücü - 2026”

23 Sentyabr 12:19  

Sosial

İqtisadiyyat

Sosial

Elm

Soyuq, sirli nəhəng...

23 Sentyabr 08:59

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30