/ / Allahverdi Haxverdiyev: Azad olunan torpaqlarımızda böyük quruculuq işləri görüləcək və Qarabağ yenidən cənnətə çevriləcək
Allahverdi Haxverdiyev: Azad olunan torpaqlarımızda böyük quruculuq işləri görüləcək və Qarabağ yenidən cənnətə çevriləcək
18.11.2020 [09:26]
“Azərbaycan xalqı ən yeni tarixinin şərəfli, qələbə dolu günlərini yaşayır. Sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azadlığını təmin etdi. Əldə olunan qələbəmiz hər bir azərbaycanlını qürurlandırır. İllər əvvəl öz dədə-baba yurdundan didərgin düşmüş hər bir vətəndaşımız sevinclə və səbirsizliklə öz Vətəninə dönəcəyi günü gözləyir. Qubadlı rayonunun ictimaiyyəti bu qələbənin memarı olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi, müzəffər ordumuzu ürəkdən təbrik edir. Biz inanırıq ki, azad olunan torpaqlarımızda böyük quruculuq işləri görüləcək və Qarabağ yenidən cənnətə çevriləcək”. Bunu qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev deyib. Onun sözlərinə görə, Ümummilli Liderimiz Heydər Əliyevin siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində Ermənistan ağır məğlubiyyətə uğradıldı, işğalçı dövlətin hərbi-siyasi rəhbərliyi Azərbaycanın qalibiyyətini özündə ehtiva edən bəyanata imza atdı.
“Biz Qubadlı sakinləri bütün varlığımızla bu qələbə gününün gələcəyinə inanırdıq və əmin idik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs bizləri öz yurdumuza, torpağımıza qovuşduracaq. Düşmən 44 gün ərzində Azərbaycan Ordusunun gücünü, dövlətimizin qüdrətini, xalqımızın əzmini və qətiyyətini gördü. Azərbaycan xalqı birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda bir yumruq kimi birləşdi. Bu birliyimiz ərazi bütövlüyümüzün təmin olunmasında əsaslı şərtə çevrildi. Dünya ictimaiyyəti bir daha anladı ki, Azərbaycan xalqı öz Vətəni uğrunda canından keçməyə hazırdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bir daha xalqımızı bu gözəl qələbə münasibətilə təbrik edirəm”, - deyə A.Haxverdiyev əlavə edib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
02 İyul 12:25
Gündəm
02 İyul 11:40
Gündəm
02 İyul 11:18
Sosial
02 İyul 11:16
Elm
02 İyul 11:06
Sosial
02 İyul 11:04
Sosial
02 İyul 10:56
Gündəm
02 İyul 10:54
Sosial
02 İyul 10:37
Sosial
02 İyul 10:35
Sosial
02 İyul 10:33
Sosial
02 İyul 10:32
Gündəm
02 İyul 10:28
Analitik
02 İyul 10:23
Siyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13

