YAP-ın İcra Katibliyində “Vətən müharibəsi-Böyük qələbə” mövzusunda videokonfrans keçirilib
11.11.2020 [10:20]
Noyabrın 10-da Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Vətən müharibəsində qazanılmış qələbə münasibətilə videokonfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov möhtəşəm qələbə münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə tariximizdə xüsusi əhəmiyyət kəsb edir. Bu Qələbə tariximizə qızıl hərflərlə yazılacaq.
“Xalqımız 30 il bu Qələbəni gözləyib, amma təkcə gözləməyib, ona hazırlaşıb”, - deyən Əli Əhmədovun sözlərinə görə, bunun nəticəsində də Azərbaycan möhtəşəm, əzəmətli Qələbəsini təmin edib. Bu Qələbənin tarixdə mühüm yeri təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də milli qürurumuzun qaytarılmasıdır. “İndi hər bir vətəndaşımız azərbaycanlı olmasının qürurunu yaşayır. Bu tarixi Qələbəni müəyyənləşdirən daha bir cəhət onun döyüş meydanında qan bahasına, can bahasına əldə olunmasıdır. Heç şübhəsiz, Azərbaycan bu Qələbəni qazanmaqla öz tarixinin qızıl səhifəsini, şərəf və ləyaqət səhifəsini yazıb”, - deyə Əli Əhmədov bildirib.
Möhtəşəm qələbənin qazanılmasının səbəblərindən danışan YAP sədrinin müavini qeyd edib ki, bu amillərdən biri xalqımızın dəyanətidir: “30 il ərzində xalqımız işğal faktı ilə razılaşmadı, güc topladı və öz torpaqlarınını işğaldan azad etdi. İkincisi, möhtəşəm Qələbənin əldə olunmasında güclü Azərbaycan dövləti rol oynadı. Hər bir dövlətin əsas missiyalarından biri öz torpaqlarının təhlükəsizliyi təmin etməkdir və Azərbaycan dövləti də bunu etdi. Digər tərəfdən, Qələbənin təmin olunmasının mühüm səbəblərindən biri də müzəffər Azərbaycan Ordusu, cəngavər hərbçilərimizdir. Güclü Ordumuz olmasaydı, torpaqlarımızı azad edə bilməzdik. 30 il əvvəl Azərbaycan zəif olduğuna görə torpaqlarımız işğal olunmuşdusa, bu gün dövlətimizin qüdrəti, Ordumuzun döyüş qabiliyyəti sayəsində torpaqlarımız azad olundu. Qələbəmizin həlledici amili ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır. Dövlət, xalq və ordu o zaman güclü olur ki, ona güclü lider rəhbərlik edir. Bu mənada, bu gün Azərbaycan xalqının böyük coşqu ilə qeyd etdiyi Qələbəmizin baş qəhrəmanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Biz hərb və diplomatiya cəbhəsində Prezident İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini gördük. Xalqımızın, dövlətimizin birliyi, dövlətimizin başçısına inam bizim Qələbəmizlə nəticələndi. Məhz bunun nəticəsidir ki, Ermənistan tərəfindən bir neçə il ərzində zəbt olunmuş və 30 il işğal altında qalan torpaqlarımızı 44 gün ərzində işğaldan azad etdik”, - deyən Baş nazirin müavini möhtəşəm Qələbənin qazanılmasında qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini də xüsusi vurğulayıb.
Bu Qələbənin Azərbaycana sülh gətirməklə yanaşı, Cənubi Qafqazda da sülh və firavanlıq üçün də etibarlı zəmin yaratdığını qeyd edən Əli Əhmədov söyləyib: “Qürur duyuram ki, təmsil etdiyim Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin möhtəşəm rəhbərliyi, sərkərdəlik missiyası nəticəsində xalqımız öz tarixinin ən şərəfli anlarını yaşayır. Tarix öz şərəf səhifəsində Prezident İlham Əliyevin adını əbədi həkk edəcək. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev vaxtilə bildirmişdi ki, onun başa çatdıra bilmədiyi işləri İlham Əliyev sona çatdıracaq. Müdrikcəsinə deyilmiş bu fikirlər hazırda həyata keçir. Hesab edirəm ki, bu şanlı Qələbədən sonra Azərbaycan tarixinin yeni mərhələsi başlayacaq, Azərbaycan xalqı dünyada özünün dəyanəti, əyilməzliyi və Ordusunun gücü, qüdrəti ilə də tanınacaq”.
Sonra videokonfransda çıxış edən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov bu gün xalqımızın qürurlu anlar yaşadığını bildirib. Vurğulayıb ki, çünki 30 il işğal altında olan torpaqlarımız azad edilib. Onun sözlərinə görə, ötən dövr ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin siyasi həlli ilə bağlı heç bir addım atmayıb, Ermənistanı işğalçı kimi tanımayıb. Üstəlik, Ermənistan hakimiyyətinin təxribatları vəziyyəti daha da gərginləşdirdi. Buna görə də, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etməyə başladı.
Tədbirdə, həmçinin Milli Məclisin deputatları - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və “Azərbaycan respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri Tural Gəncəliyev çıxış ediblər.
Natiqlər bildiriblər ki, Qarabağ probleminin həllində qazanılmış Qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoyur, erməni tərəfi artıq məğlubiyyətini etiraf edir. Qeyd olunub ki, bu Qələbə Prezidentimizin, xalqımızın və Ordumuzun birliyinin, milli həmrəyliyimizin parlaq təzahürüdür.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

