/ / YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” mövzusunda videokonfrans keçirilib
YAP Gənclər Birliyinin təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” mövzusunda videokonfrans keçirilib
16.09.2020 [09:27]
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə “Qafqaz İslam Ordusu və Azərbaycanın xilası” mövzusunda videokonfrans keçirilib.
Videokonfransda giriş sözü ilə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Ramin Məmmədov bildirib ki, 15 sentyabr 1918-ci ildə Bakının erməni işğalından azad edilməsi tarixi hadisədir. Onun sözlərinə görə, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunmasında müstəsna rol oynayıb. O qeyd edib ki, gənclərimiz bu tariximizi dərindən öyrənməlidir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Milli Məclisin deputatı Anar İsgəndərov bildirib ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı dövləti Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru Paşanın komandanlığı ilə hərbi qüvvələrini respublikamıza göndərib: “Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, erməni-bolşevik qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı şəhərinə daxil oldu. Və 1918-ci ilin may soyqırımından sonra Bakını tərk edən və Bakıya həsrətlə baxan Bakı camaatı sentyabrın 15-də Qafqaz İslam Ordusu ilə şəhərə daxil oldu”.
Millət vəkili qeyd edib ki, Qafqaz İslam Ordusunun tərkibində olan bütün əsgərlər Qafqaz İslam Ordusunun əsgərləri deyildi. Təbii ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən də kifayət qədər azərbaycanlı onlara qoşuldu: “Həmçinin Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də ərzaqdan tutmuş silaha qədər kömək edirdi. Çoxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxarmaq üçün əlindən gələni etdi”.
Tarixçi alim deyib ki, Bakı işğaldan azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmək istəyirdilər. Bir sözlə, Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi, Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfərdir!
Videokonfransda çıxış edən AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov isə bildirib ki, Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Qafqaz İslam Ordusu sentyabrın 13-dən 14-nə keçən gecə isə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.
C.Bəhramov qeyd edib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir.
Tədbirdə daha sonra tarixçi alimlər gənclərin suallarını cavablandırıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48

