/ / Elçin İsmayılov: BMT-yə üzv olan 130 ölkənin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir
Elçin İsmayılov: BMT-yə üzv olan 130 ölkənin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir
14.07.2020 [08:50]
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizədə regional və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi imkanlarının Türk Şurası və Qoşulmama Hərakatının Zirvə görüşləri çərcivəsində müzakirə edilməsi bütün dünya miqyasında böyük rezonans doğurdu. Azədbaycan Prezidentinin təşəbbüsü əsasında təklif edilən həmin müzakirələrin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın günişlənməsinə diqqətin artırılmasında mühüm rol oynaması xüsusilə vurğulanmağa layiqdir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının sədri Elçin İsmayılov deyib.
E.İsmayılov bildirib ki, BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayın formada Zirvə görüşünün keçirilməsi pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri elə də yaxşı deyil. Ancaq onlar Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar. Onları COVID -19 pandemiyasına qarşı mübarizə birləşdirdi.
Rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyəsində beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırdı. “Bütün dünyanı COVID-19 pandemiyası ilə vuruşduğu bir zamanda bu qlobal təhlükə ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi məqsədi kimi ön plana çıxır. Bu məqsədə nail olunmasında ölkəmiz xüsusu fəallıq göstərir. BMT-nin Baş Assambleyasının xüsusi sesiyasında bu məsələnin müzakirəyə çıxarılması dünyada cərəyan edən bu böhranın nəticələrinin aradan qaldırılmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə dünya əhalisinin sağlamlığının qorunmasına xidmət edəcək. Azərbaycanın koranovirus pandemiyasına qarşı mübarizə sahəsində əməkdaşlığın əlaqələndirilməsi məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə əlaqədar təşəbbüsü ölkəmizin bir daha beynəlxalq əməkdaşlığa açıq, tolerant, demokratik dövlət olmasından xəbər verir”, - deyə E.İsmayılov qeyd edib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

