/ / Abil Ağasəfov: Prezident İlham Əliyevin təşəbbüsünün beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, dövlətimizin başçısına olan böyük etimadın növbəti göstəricisidir
Abil Ağasəfov: Prezident İlham Əliyevin təşəbbüsünün beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, dövlətimizin başçısına olan böyük etimadın növbəti göstəricisidir
09.07.2020 [09:38]
“Bəşəriyyətin başı üzərini almış koronavirus pandemiyası təhlükəsi dünya müharibələri ilə müqayisə olunur. Hadisələrin gedişi də göstərir ki, belə gərgin və narahat bir vaxtda özünütəcrid tədbirləri əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac var. Prezident İlham Əliyevin rəhbərliyi ilə qlobal COVID-19 pandemiyasına qarşı aparılan mübarizə istər beynəlxalq təşkilatlar, istərsə də dünya dövlətləri tərəfindən təqdir edilir. Bu gün Azərbaycan Prezidenti qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürür və əməli addımlar atır. Cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən Zirvə görüşləri bu baxımdan dünyada nümunə göstərilir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin pandemiyaya qarşı mübarizə məqsədi ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyada çox böyük rezonansa səbəb olub. Dünyanın 130-dan çox ölkəsinin bu təklifi dəstəklədiyini bildirən A.Ağasəfov Prezident İlham Əliyevin bu təşəbbüsünün qlobal həmrəyliyə töhfə olduğunu diqqətə çatdırıb: “Qlobal təhdid mənbəyinə - COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan oldu. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistanın əməkdaşlıq və birlik xarakteri daşıyan bu təşəbbüsə qarşı çıxış etməsi onların özünüifşasına yol açdı. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVID-19-un yanında yer aldı və onun müttəfiqi kimi çıxış etdi”.
A.Ağasəfov qeyd edib ki, Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüsə dünya dövlətlərinin reaksiyası Azərbaycanın dünya miqyasında mühüm siyasi çəkiyə malik olduğunu göstərdi. YAP Qəbələ rayon təşkilatının sədri onu da qeyd edib ki, bu gün Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz sahibi olması möhtərəm Prezidentimizin genişmiqyaslı fəaliyyəti ilə əlaqədardır: “COVİD-19 dünyanın əksər ölkələrində çoxsaylı mənfi fəsadlar yaratdığı bir vaxtda Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev, sözün həqiqi mənasında, bütün dövlətlər və onların liderləri üçün bir nümunə ortaya qoydu. Bu təşəbbüs Azərbaycan Prezidentinin qlobal baxışlı lider olduğunu növbəti dəfə təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin bu təşəbbüsünün dəstəklənməsi, beynəlxalq aləmdə yüksək qiymətləndirilməsi müstəqil Azərbaycana, dövlətimizin başçısına olan böyük etimadın, etibarın, inamın növbəti göstəricisidir”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46

