YAP İdarə Heyətinin iclası keçirilib
07.03.2020 [12:06]
Martın 6-da Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda YAP İdarə Heyətinin 2019-cu ilə dair illik hesabatı, Yeni Azərbaycan Partiyasının tərkibi, Gənclər Birliyinin və Qadınlar Şurası tərkibi haqqında 2019-cu ilə dair illik statistik hesabat, partiyanın 2019-cu il üzrə maliyyə hesabatı və İdarə Heyətinin 2020-ci ilin mart ayına dair iş planı müzakirə olunaraq qəbul edilib.
İdarə Heyətinin iclasında 2019-cu ildə cənab Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi altında cəmiyyət və dövlət həyatının bütün sahələrini əhatə edən uğurlu islahatların, Azərbaycanın iqtisadi və sosial həyatında dinamik inkişafın davam etdiyi xüsusi qeyd edilib. Vurğulanıb ki, 2019-ci ildə müstəqil Azərbaycanın tarixində ən mühüm siyasi hadisələr ölkəmizdə Bələdiyyə seçkilərinin keçirilməsi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2020-ci il 9 fevral tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə hazırlıq işlərinin başlanması olub.
Yeni Azərbaycan Partiyası 23 dekabr 2019-cu ildə keçirilən Bələdiyyə seçkilərinə hazırlıq işlərini və bütövlükdə seçki kampaniyasını çox uğurla başa çatdırıb, təşviqat kampaniyası çərçivəsində ölkənin hər bir yaşayış məntəqəsini əhatə etməklə seçicilərlə möhtəşəm görüşlər keçirilib. 23 dekabr 2019-cu il Bələdiyyə seçkiləri Azərbaycan xalqının Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə inam və dəstəyinin növbəti və möhtəşəm təntənəsi olub. Azərbaycan seçicilərinin mütləq əksəriyyəti Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamına - Azərbaycanın dinamik inkişafına və qüdrətli gələcəyinə səs verib. Nəticədə, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin böyük əksəriyyətinin dəstəyini qazanaraq 10432 bələdiyyə üzvü mandatına sahib olub.
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi barədə 5 dekabr 2019-cu il tarixli Sərəncamından dərhal sonra seçki hazırlıqları prosesinə start vermiş, qısa zaman ərzində bütün yerli təşkilatlarda seçki qərargahları yaradılmış, seçki qanunvericiliyinin tələblərindən irəli gələn tədbirləri həyata keçirmişdir. Hesabat dövründə Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirib, ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.
Yeni Azərbaycan Partiyası hesabat dövründə beynəlxalq əlaqələrinin daha da şaxələndirilməsi istiqamətində səylərini uğurla davam etdirib. Müxtəlif ölkələrin aparıcı siyasi partiyaları və demokratik təsisatları ilə Yeni Azərbaycan Partiyası arasında mövcud münasibətlər daha da genişləndirilib, bu istiqamətdə mühüm görüşlər keçirilib.
Hesabatda daha sonra qeyd edilib ki, Yeni Azərbaycan Partiyasının sıralarının genişlənməsi ötən il ərzində də davam edib, bu dövr ərzində 26 min nəfərdən çox yeni üzv qəbul edilib və beləliklə, partiya üzvlərinin sayı 756 min nəfəri keçib. Partiyaya daxil olanların sırasında gənclər və qadınlar üstünlük təşkil edib.
İdarə Heyətinin iclasında YAP-ın 2019-cu ilə dair gəlirləri və xərcləri barədə hesabat dinlənilib. Qeyd olunub ki, 2019-cu ildə Yeni Azərbaycan Partiyasının gəlirləri 10 668 284 manat olub. Bunun 9 309 025 manatını üzvlük haqları, 1 359 259 manatını büdcədən siyasi partiyalara ayrılan dövlət dəstəyindən Yeni Azərbaycan Partiyasına düşən pay təşkil edib.
Yeni Azərbaycan Partiyasının hesabına daxil olan maliyyə vəsaitinin 5 307 213 manatı partiyanın İcra Katibliyinin və yerli təşkilatlarının əməkdaşlarının əmək haqqının ödənilməsinə, 884 663 manatı partiya və onun yerli təşkilatlarının, gənclər və qadınlar təşkilatlarının keçirdiyi tədbirlərin maliyyələşməsinə, xeyriyyə aksiyalarına, 91 515 manatı ezamiyyət xərclərinə, 163 376 manatı nəqliyyat vasitələrinin alınmasına, 281 053 manatı mebel və ofis avadanlıqlarının alınmasına, 214 214 manatı təmir işlərinə, 481 232 manatı kommunal və təsərrüfat xərclərinə, 300 908 manatı yanacaq və avtomobillərə xidmət işlərinə, 75 862 manatı bank xidmətinə, 57 607 manatı dəftərxana xərclərinə, 49 790 manatı çap işlərinə, 234 171 manatı kredit ödənişinə, 270 194 manatı isə sair xərclərə sərf edilib.
Xəbər lenti
Hamısına baxGündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

