Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlərdə artım dinamikası müşahidə olunur
06.03.2020 [09:38]
YAP İcra Katibliyində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov mətbuat konfransı keçirib
Martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov mətbuat konfransı keçirib.
Mətbuat konfransında DMX-nin rəisi Vüsal Hüseynov 2019-cu ildə və bu ilin iki ayında miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr barədə ətraflı məlumat verib. V.Hüseynov bildirib ki, ölkə rəhbərliyi tərəfindən Dövlət Miqrasiya Xidmətinin qarşısına qoyulan tapşırıqlar ötən il də uğurla yerinə yetirilib. O deyib ki, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, ölkədə miqrasiya proseslərinin idarə edilməsində innovasiyaların tətbiqi istiqamətində mühüm tədbirlər həyata keçirilib, yeni sosial layihələr reallaşdırılıb.
Xidmət rəisi DMX-nin fəaliyyət istiqamətləri haqqında məlumat verib və qeyd edib ki, ötən il ümumilikdə Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlərdə artım dinamikası müşahidə olunub. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə ölkəyə daxil olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayında 11 faiz, ölkədə müvəqqəti yaşayanlarda 10 faiz, iş icazəsi alanlarda 8 faiz artım müşahidə edilib.
Bundan başqa, ötən il qaçqın statusu almaq üçün DMX-yə müraciət edənlərin sayında 7 faiz artım qeydə alınıb. Əcnəbilərin ölkədə qanuni olmaları və yaşamaları üçün yaradılmış şərait, o cümlədən miqrasiya məsələləri ilə bağlı aparılan məlumatlandırma işləri nəticəsində keçən il Dövlət Miqrasiya Xidməti tərəfindən miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı qəbul edilmiş qərarlar 23 faiz azalıb.
Xidmət rəisi deyib ki, 2019-cu il Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində ilk dəfə olaraq sosial layihələrin icrası da prioritet olub. Miqrasiya Məktəbi, İnformasiya Texnologiyaları Məktəbi, “Miqrasiya könüllüləri” İctimai Birliyi və Gənclik İnkişaf Forumu gənclərin miqrasiya sahəsində yeni bilik və təcrübə qazanmalarına töhfə verib. Həmçinin gənclərə xidmətin müvafiq struktur bölmələrində təcrübə keçmək imkanı yaradılıb.
Diqqətə çatdırılıb ki, 2019-cu ildən fasiləsiz iş rejiminə keçən xidmətin “Çağrı Mərkəzi” həftənin bütün günü 24 saat ərzində vətəndaşların zənglərini qəbul edir. Bu müddət ərzində zənglərin sayı 110 min 268 olub. Xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, “ASAN xidmət indeksi”ni təşkil edən meyarlar üzrə qiymətləndirilmənin yekunlarına görə Dövlət Miqrasiya Xidməti son iki ildə ən yüksək nəticə göstərib və ilk sırada yer alıb.
Ötən il Azərbaycanda qanuni əsaslarla olan və yaşayanların sayı 232 min 692 nəfər olub. Bunlardan 97 min 293 nəfəri qeydiyyata alınmaqla ölkədə 15 gündən artıq yaşayanlar, 135 min 399 nəfəri turizm və digər məqsədlərlə ölkəyə 15 gündən az müddətdə gələnlərdir.
V.Hüseynov bildirib ki, 2019-cu ildə 97 min 293 nəfər qeydiyyata alınmaqla ölkədə olan və ya müvafiq sənəd əsasında yaşayanlardır. 2018-ci illə müqayisədə bu rəqəmdə 12 faiz artım müşahidə olunub. Ötən il ölkə ərazisində qanunsuz olan və yaşayan əcnəbilərin sayı 4681 nəfər olub. Bu da 2018-ci illə müqayisədə 31 faiz azalma deməkdir.
Xidmət rəisi onu da qeyd edib ki, Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində 2019-cu il ərzində 1237 əcnəbi saxlanılıb. Bu, 2018-ci illə müqayisədə 30 faiz azalma deməkdir. V.Hüseynovun sözlərinə görə, bu ilin 2 ayı ərzində Azərbaycana gələn miqrantların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıb. Olduğu yer üzrə qeydiyyat isə 0,4 faiz artıb.
2020-ci ilin əvvəlində vətəndaşlıq almaq üçün müraciət edən əcnəbilərin sayında isə 23 faiz artım olub. V.Hüseynov bildirib ki, cari ilin ilk iki ayında vətəndaşlıq üçün müraciət edən şəxslərin sayı 4822 nəfər olub. Yanvar və fevral ayları ərzində readmissiya olunan şəxslərin sayı 70 nəfər olub. Bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 52 faiz artım deməkdir.
Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi jurnalistlərin suallarını cavablandırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Siyasət
30 Aprel 18:52
Dünya
30 Aprel 18:22
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

