Deputatlığa namizəd Məlahət İbrahimqızının seçicilərlə görüşləri uğurla davam edir
01.02.2020 [11:04]
Yeni Azərbaycan Partiyasının (YAP) 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə deputatlığa namizədi Məlahət İbrahimqızı parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşlərini Nəsimi rayonu, 3-cü Alatava və 1-ci mkr., A.Məhərrəmov-42 ünvanlarında keçirib.
Görüşlərdə deputatlığa namizəd Məlahət İbrahimqızı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasəti, aparılan dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib. O qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir. Deputatlığa namizədin sözlərinə görə, sosial-iqtisadi, məhkəmə-hüquq sistemində aparılan islahatlar ciddi nəticələr verməkdədir, vətəndaşlar islahatların nəticələrini öz həyatlarında hiss edirlər. M.İbrahimqızı söyləyib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində də sosial məsələlərin həlli xüsusi yer tutur.
Azərbaycanın hüquqi-demokratik dövlət olduğunu deyən Məlahət İbrahimqızı bildirib ki, ölkəmizdə bütün seçkilər azad və demokratik keçirilib. Budəfəki parlament seçkilərinin azad və şəffaf keçirilməsi üçün dövlət tərəfindən lazımi tədbirlər görülüb, namizədlər üçün bərabər şərait yaradılıb. Deputatlığa namizəd həmçinin YAP-ın seçki proqramı haqqında seçicilərə ətraflı məlumat verib, daha güclü Azərbaycan naminə qarşıda duran vəzifələrdən bəhs edib.
Qeyd olunub ki, seçki proqramında ölkəmizin daha da inkişafı, xüsusilə əhalinin rifah halının yüksəldilməsi istiqamətində müddəalar əksini tapır. Partiyamız sadəcə vəd vermir, təqdim etdiyi seçki proqramını layiqincə yerinə yetirir.
Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə qarşılanır.
M.İbrahimqızı bu uğurların davamlı olması üçün, daha güclü Azərbaycan naminə seçiciləri 9 fevral parlament seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər Prezident İlham Əliyevin inkişaf siyasətini dəstəklədiklərini, qarşıdan gələn seçkilərdə də YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

