Deputatlığa namizəd Fatma Yıldırım seçicilərlə görüşlərini uğurla davam etdirir
31.01.2020 [10:02]
Yeni Azərbaycan Partiyasının (YAP) 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizədi Fatma Yıldırım rayonun Yeni Daşkənd kəndinin seçiciləri ilə görüş keçirib.
Görüşü YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya açaraq bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində respublikamızın inkişafı sürətlənib və hər bir vətəndaş bunu öz həyatında hiss edir. Seçicilərə YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolu barədə də məlumat verən F.Şadlinskaya əmin olduğunu bildirib ki, bütün seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçkilərində də xalqımız Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcək və partiyamız növbəti möhtəşəm uğurunu qazanacaq.
Görüşdə çıxış edən deputatlığa namizəd Fatma Yıldırım YAP tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyinin irəli sürülməsinə görə partiyanın Sədri, Prezidentimiz cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib, seçicilərə Yeni Azərbaycan Partiyasının seçki platforması və öz fəaliyyəti barəsində məlumat verib. Deputatlığa namizəd deyib ki, həyata keçirilən siyasət ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əməkhaqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb.
Fatma Yıldırım seçiciləri islahatların davamlı olmasına dəstək verməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıb.
Görüşdə şəhid anası Firəngiz Balıyeva, ehtiyatda olan polkovnik-leytenant, Aprel döyüşlərinin iştirakçısı Samir Səfərov, Məhəmməd Babayev, Aqşin Hacızadə, Elgün Qocamanov, Rizvan Qasımov çıxış edərək 9 fevral parlament seçkilərində yeni islahatlara, inkişafa səs verəcəklərini bildiriblər və Yeni Azərbaycan Partiyasının namizədi Fatma Yıldırımın qalib gələcəyinə əminliklərini ifadə ediblər.
Xəbər lenti
Hamısına baxHadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59

