/ / 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
25.01.2020 [10:51]
Parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlu Nərimanov rayonunun Şahin Mustafayev və İsmayıl Hidayətzadə küçəsinin kəsişdiyi ərazidə yaşayan seçicilərlə görüşüb. Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən T.Tağıyev partiyanın qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib. O, görüş iştirakçılarına deputatlığa namizəd Hikmət Babaoğlu haqqında geniş məlumat verib.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Onun sözlərinə görə, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. “Mən qürur duyuram ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədiyəm”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
YAP-ın fəaliyyətində varislik prinsipinə böyük önəm verdiyini deyən deputatlığa namizəd partiyanın hər zaman xalqın maraqlarından çıxış etdiyini bildirib. O, bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb.
Hikmət Babaoğlu həmçinin seçicilərə özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında da məlumat verib. O qeyd edib ki, millət vəkili kimi fəaliyyəti ərzində vətəndaşlar tərəfindən ünvanımıza 118 şifahi və 97 yazılı müraciət daxil olub. Qeydə alınan 215 müraciətdən 100 müraciət tam olaraq həllini tapıb, 60 müraciət qismən təmin edilib, 40 müraciət aidiyyəti qurumlara göndərilib və yerdə qalan müraciətlərlə bağlı lazımi izahatlar verilib: “Seçki bir demokratiya yarışıdır. Mən inanıram ki, sizlər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəksiniz. Sizin qaldırdığınız məsələləri kimliyindən asılı olmayaraq, yalnız YAP kimi böyük nüfuza malik partiyanın nümayəndəsi həll edə bilər. Sizi 9 fevral seçkilərində fəal olmağa çağırıram və əgər mənə etimad göstərsəniz, parlamentdə yenə də sizin layiqli təmsilçiniz olacağam”.
Sonra çıxış edən filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, YAP-ın namizədlərinin qələbəsinə inandığını deyib: “İnanırıq ki, Nərimanov seçiciləri bu seçkilərdə də partiyamızın namizədinə səs verəcəklər. Çünki YAP hər zaman xalqın maraqlarından çıxış edir. Eyni zamanda, Hikmət Babaoğlu millət vəkili kimi parlamentdə seçicilərini layiqincə təmsil edib. İnanırıq ki, yenə də belə olacaq”.
Deputatlığa namizəd Hikmət Babaoğlunun ziyalı keyfiyyətləri haqqında fikirlərini bildirən C.Allahverdiyev seçiciləri məhz YAP-ın namizədinə səs verməyə səsləyib.
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd olmuş Pərviz Səmədov da YAP-ın namizədi olaraq Hikmət Babaoğlunun fəaliyyətini yüksək qiymətləndirib, məhz bu səbəbdən də deputatlığa namizədliyini Hikmət Babaoğlunun xeyrinə geri götürdüyünü söyləyib. O, seçiciləri 9 fevral parlament seçkilərində Hikmət Babaoğluna səs verməyə çağırıb.
Görüşdə çıxış edən seçicilər də millət vəkili Hikmət Babaoğlunun fəaliyyətindən razı qaldıqlarını, qarşıdan gələn seçkilərdə də məhz ona səs verəcəklərini söyləyiblər. Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların arzu və təkliflərini dinləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50

