Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21.11.2019 [09:54]
Yeni Azərbaycan Partiyasının (YAP) təsis edilməsinin 27-ci ildönümü münasibətilə noyabrın 20-də YAP Səbail rayon təşkilatının qərargahında konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə YAP-ın ölkəmizin ictimai-siyasi həyatında genişmiqyaslı fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Sonra partiyanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin və 1991-ci il noyabrın 20-də baş vermiş Qarakənd faciəsi zamanı həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən YAP Səbail rayon təşkilatının sədri, professor Şəmsəddin Hacıyev Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin müasir tarixində mühüm rol oynadığını vurğulayıb.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov çıxış edərək YAP-ın yaranma tarixi, keçdiyi şərəfli yol və bu gün qazandığı möhtəşəm nailiyyətlərdən danışıb. O bildirib ki, YAP-ın yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycanın ən önəmli hadisələri sırasındadır. YAP təkcə Azərbaycan tarixində deyil, müasir dünyada ən uğurlu siyasi təşkilatlardan biri hesab oluna bilər.
Yeni Azərbaycan Partiyasının yaranma səbəblərini və həmin dövrün ictimai-siyasi xarakterini izah edən E.İbrahimov vurğulayıb ki, Azərbaycan 1990-cı illərin əvvəllərində uçurum qarşısında idi. Belə bir vəziyyətdə Azərbaycanın xilas yolunu Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışında görən ziyalılar 1992-ci ilin oktyabrında Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması təşəbbüsünü irəli sürdülər. Xalqın səsini Ulu Öndər Heydər Əliyevə çatdıran tanınmış ziyalıların bu müraciətinə müsbət cavab verən Ümummilli Liderin rəhbərliyi ilə 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, daha sonra Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi.
Bildirilib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov və YAP Səbail rayon təşkilatının fəal gənci, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbə-rektoru Cavidan Adilzadə çıxış ediblər.
Konfransa yekun vuran Şəmsəddin Hacıyev vurğulayıb ki, 1992-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması ölkəmizin tarixində ən şərəfli hadisələrdən biridir.
Xüsusi vurğulanıb ki, Ulu Öndər ölkədə ictimai-siyasi sabitliyi təmin etdikdən sonra Azərbaycanın çoxşaxəli inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət nəticəsində dünyanın nüfuzlu ölkələri sırasında yer alan Azərbaycan regionun lider dövlətinə çevrilib, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib.
Tədbirdə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan təmsilçisi professor Elçin İsgəndərzadə YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyevin Beynəlxalq Türk Akademiyasının həqiqi üzvü seçildiyini vurğulayaraq Akademiyanın “Qızıl ulduz” medalını ona təqdim edib.
Tədbirdə Dövlət İdarəçilik Akademiyasında partiyanın ərazi ilk partiya təşkilatının sədri olmuş Yusif Zeynalov bu sahədəki fəaliyyətinə görə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46

