/ / Yeni Azərbaycan Partiyasının oktyabr ayının 19-da Bakı şəhərində keçirilən icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanatı
Yeni Azərbaycan Partiyasının oktyabr ayının 19-da Bakı şəhərində keçirilən icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanatı
22.10.2019 [09:33]
Oktyabr ayının 19-da bəzi destruktiv qruplar Bakı şəhərində razılaşdırılmamış küçə yürüşləri keçirməyə və asayişi kobud şəkildə pozmağa cəhd göstərmişdir. Hüquq-mühafizə orqanları tərəfindən bir neçə yüz nəfərin iştirak etdiyi qanunsuz yürüşün qarşısı alınmışdır.
Ölkə daxilindəki destruktiv qruplar və xaricdə sığınacaq tapmış anti-Azərbaycan elementləri küçə yürüşünə cəhd zamanı və yürüşün qarşısı alındıqdan sonra sosial şəbəkələrdən istifadə edərək konstitusiyaya zidd çağırışlar etmiş, Azərbaycanın qanunlarını kobud surətdə pozmaq hallarına yol vermişlər.
Yeni Azərbaycan Partiyası həm razılaşdırılmamış küçə yürüşlərinə cəhd göstərilməsini, həm də qanuni hakimiyyətin devrilməsinə dair çağırışları ölkənin konstitusion quruluşuna qəsd kimi qiymətləndirir və qətiyyətlə pisləyir.
Destruktiv və xaricdən qızışdırılan qrupların oktyabr ayının 19-da Bakı şəhərinin mərkəzində, insanların gur olduğu yerlərdə təxribatlar törətmək cəhdlərinin və antikonstitusion çağırışlarının əsl mahiyyəti ölkədə sabitliyi pozmaq, qarşıdurma yaratmaq, Azərbaycanı xaosa sürükləməkdən ibarətdir. Azərbaycanın inkişafından, dünyadakı rolunun artmasından narahat olan dairələrin ölkəmizə qarşı müxtəlif təxribatlar təşkil etməklə inkişafımızın qarşısını almağa, sabitliyi, əmin-amanlığı və insanların rahatlığını pozmağa cəhdlər göstərməsi əvvəldən məlumdur. Dünənki təxribatlar və çağırışlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının, onun rəhbərliyinin bütünlüklə destruktiv qrupa çevrildiyini, hüquq müstəvisindən kənara çıxdığını və anti-Azərbaycan dairələrin əlində təhlükəli vasitəyə çevrildiyini bir daha göstərir.
Məmnunluq hissi ilə qeyd etmək yerinə düşər ki, Bakı sakinlərinin və ölkənin əhalisinin təxribatçıların qanunsuz hərəkətlərinə və çağırışlarına etinasızlığı destruktiv qrupların xalq arasında dayağının olmamasından, bu cür təxribatları dəstəkləmədiyindən və qətiyyətlə pisləməsindən xəbər verir.
Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının ölkədəki inkişafı, sabitliyi, əmin-amanlığı qətiyyətlə dəstəklədiyinə, Prezident İlham Əliyevin və Onun yeritdiyi siyasətin ətrafında sıx birləşdiyinə dərindən inanır, bütün vətəndaşları xalqla iqtidarın birliyinin keşiyində sayıq durmağa səsləyir. Eyni zamanda, hüquq-mühafizə orqanlarını, dövlətin müvafiq qurumlarını destruktiv elementlərin təxribat xarakterli əməllərinə və çağırışlarına ədalətli hüquqi qiymət verməyə çağırır.
Yeni Azərbaycan Partiyası və onun çoxminli üzvləri bəyan edir ki, bütün Azərbaycan xalqı kimi, YAP ölkəmizin milli maraqlarının, inkişafın, sabitliyin və xalqın firavan həyatının keşiyindədir, həmin dəyərlərə qarşı çevrilmiş istənilən təxribatlara və təxribatçılara qanun çərçivəsində cavab verməyə, dövlətçilik naminə birlik və əzəmətini nümayiş etdirməyə hazırdır.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

