Lökbatan qəsəbəsinin sakinləri Yeni Azərbaycan Partiyasına inanır və onu dəstəkləyir
17.12.2009 [10:03]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində tədbir keçirib. Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov ilk olaraq, rayonda aparılan abadlıq-quruculuq işləri haqqında geniş məlumat verib. Daha sonra o, seçkilərə hazırlıqla bağlı görülən işlər haqqında danışıb və bildirib ki, rayon təşkilatı seçkilərə hazırlığını yüksək səviyyədə davam etdirir. Qarşıdan gələn bələdiyyə seçkilərində rayon əhalisinin xüsusi aktivlik göstərəcəyinə əminliyini ifadə edən Aydın Hüseynov əlavə edib ki, partiyanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu seçkilərdə gənclərin və qadınların namizədliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilib: “Qaradağ rayonunun sakinləri seçkilərdə hər zaman böyük fəallıq nümayiş etdirib. Lökbatan qəsəbəsinin sakinləri də bu sıradadır. Mən əminəm ki, qarşıdan gələn bələdiyyə seçkilərində də rayon sakinlərinin fəallığı təkrarlanacaq”.
Aydın Hüseynov bununla yanaşı qeyd edib ki, yerli özünüidarəetmə institutu Azərbaycanda yeni formalaşıb. Onun sözlərinə görə, ötən 10 il ərzində bələdiyyələr müəyyən təcrübə qazanıblar. Bələdiyyə institutlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində qanunvericilik bazasının möhkəmləndirildiyini söyləyən Aydın Hüseynov vurğulayıb ki, bundan sonra bələdiyyələrin fəaliyyəti daha səmərəli, daha effektiv olacaq: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi islahatlar kursu hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin nəticəsi olaraq, köklü transformasiya dövrünü yaşayan dünyada əldə etdiyi nailiyyətlərə görə, Azərbaycan birinci dövlətlərdəndir. Bir sözlə, hər şey dəyişir, inkişaf edir. Bu baxımdan da, bələdiyyələrin insanlara xidməti yüksək səviyyədə olmalıdır. Yeni Azərbaycan Partiyası da “Xalqa xidmət naminə” şüarı ilə bu məqsədi qarşısına qoyub”.
Tədbirdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Səs” qəzetinin baş redaktoru və “Səs” informasiya agentliyinin baş direktoru Bəhruz Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük və çoxşaxəli islahatlar siyasətindən danışıb. Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə aparılan quruculuq işlərinin təzahürləri hər bir yerdə olduğu kimi, Bakının Qaradağ rayonunda da özünü büruzə verir.
Bələdiyyələrin fəaliyyətinə toxunan natiq vurğulayıb ki, yerli özünüidarəetmə orqanları demokratik cəmiyyətin əsas atributlarından biridir. Onun sözlərinə görə, ölkəmizdə yeni təsisat olmasına baxmayaraq, bələdiyyələrə dair qanunvericilik bazası kifayət qədər mükəmməldir: “Bələdiyyələrin üzərinə düşən vəzifə ölkədəki inkişaf prosesində daha fəal rol almaq, vətəndaşların problemlərinin həllində yaxından iştirak etməkdir”.
O, YAP tərəfindən namizədliyi irəli sürülmüş partiya fəallarının bələdiyyəyə seçiləcəkləri təqdirdə məhz partiyamızın qarşısına qoyduğu məqsədlərə xidmət edəcəyini söyləyib: “YAP ölkədə ən güclü partiyadır. Partiyanın namizədləri isə bələdiyyələrdə təmsil olunmağa layiqli insanlardır. Partiyamızın bütün seçkilərdə uğur qazanmasının səbəbi YAP-ın Ulu öndər Heydər Əliyevin ideyalarına əsaslanması və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir”.
Sonra tədbirdə YAP-ın Lökbatan qəsəbəsi üzrə irəli sürdüyü namizədlər çıxış ediblər.
çıxış edən namizəd Şahyar Babayev qəsəbə sakinlərinin hər zaman siyasi kampaniyalarda aktiv iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, həyata keçirdiyi işlərlə dəstək qazanan YAP Lökbatan qəsəbəsində böyük nüfuza malikdir.
Digər namizəd Sənurə Orucova vurğulayıb ki, “Xalqa xidmət naminə” şüarı ilə seçkilərə gedən YAP budəfəki bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanacaq.
YAP-ın Lökbatan qəsəbəsi bələdiyyəsi üzrə namizədi Əlzamin Məmmədov söyləyib ki, ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində insanların rifah halı yüksəlib: “Bu baxımdan, insanlara yerlərdə yüksək səviyyədə xidmət göstərilir”.
Digər namizəd Nizami Namazəliyev isə deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı güclü bir dövlətə çevirib.
Namizəd Ruslan İsmayılov bildirib ki, regionların inkişafı istiqamətində görülən işlər, aparılan islahatlar xalqın hakimiyyətə inamını artırıb, Yeni Azərbaycan Partiyasının xalq arasında nüfuzunu daha da möhkəmləndirib.
Digər namizəd Azər Daşdıyev Yeni Azərbaycan Partiyası tərəfindən bələdiyyə seçkilərində gənclərin və qadınların namizədliklərinin artırılmasına diqqət çəkərək söyləyib ki, cəmiyyətin fəal təbəqəsi olan gənclərin və qadınların qarşısında böyük fəaliyyət müstəvisi açılmaqdadır.
Namizəd Suriddin Fərzəliyev deyib ki, hər zaman seçkilərdə aktivlik nümayiş etdirən, dövlətçiliyə sadiq olan Lökbatan qəsəbəsinin sakinləri bu dəfə də düzgün seçim edəcəklər.
Namizəd Bəkir Məmmədov isə bildirib ki, Yeni Azərbaycan Partiyasının namizədləri seçicilərin etimadını doğruldacaq.
Namizəd Oqtay Hüseynov qeyd edib ki, Lökbatan qəsəbəsinin sakinləri hər zaman dövlətçiliyə sadiq olublar və bu gün də bunu sübut edirlər.
Digər namizəd Tofiq Mirzəyev çıxış edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə qəsəbə sakinləri görülən işlərin davamlılığına şərait yaradacaqlar.
Namizəd İman Abbasov isə deyib ki, qəsəbəmizin seçiciləri xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər.
Namizəd Dadaş Əzimov isə vurğulayıb ki, bundan sonra da bələdiyyələr rayonun sosial-iqtisadi həyatına, abadlıq və quruculuq işlərinə mühüm töhfə verəcək.
Qəsəbə ağsaqqalı Süleyman Şıxəliyev qəsəbə bələdiyyəsinin fəaliyyətinə toxunub və görülən işləri yüksək qiymətləndirib: “Mən inanıram ki, hər zaman dövlətçiliyə sədaqəti ilə seçilən lökbatanlılar bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək”.
YAP Qaradağ rayon təşkilatının İdarə Heyətinin üzvü Nizaməddin Ziyadoğlu namizədlərə uğurlar diləyərək söyləyib ki, YAP-ın namizədləri budəfəki bələdiyyə seçkilərində də möhtəşəm qələbə qazanacaq.
Sonra çıxış edən qəsəbə sakinləri bildiriblər ki, Lökbatan qəsəbəsinin seçiciləri Yeni Azərbaycan Partiyasına inanır və onu dəstəkləyir. Bu səbəbdən də, sakinlər keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18

YAP xəbərləri
19 Sentyabr 14:16

Dünya
19 Sentyabr 14:15

Dünya
19 Sentyabr 13:59

YAP xəbərləri
19 Sentyabr 13:27

Dünya
19 Sentyabr 13:10

YAP xəbərləri
19 Sentyabr 13:07

YAP xəbərləri
19 Sentyabr 13:00
