Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Füzuli seçicilərinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır

Füzuli seçicilərinin yeganə seçimi Yeni Azərbaycan Partiyasıdır

15.12.2009 [09:53]

YAP-ın səlahiyyətli nümayəndələri Füzuli rayonunda bir neçə görüş keçirib
Yeni Azərbaycan Partiyasının (YAP) dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri təbliğat - təşviqat kampaniyası çərçivəsində görüşlərini davam etdirir. Növbəti görüş Füzuli rayonunda baş tutub. Partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələri ilk olaraq, rayonun Bala Bəhmənli kəndində seçicilərlə görüşüb. Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri Hafiz Tahirov ilk olaraq, rayonda aparılan abadlıq-quruculuq işləri haqqında geniş məlumat verib. Onun sözlərinə görə, işğala məruz qalmasına və düşmənlə cəbhə xəttində yerləşməsinə baxmayaraq, dövlətin məqsədyönlü tədbirləri nəticəsində Füzulidə böyük inkişaf qeydə alınıb. Daha sonra o, seçkilərə hazırlıqla bağlı görülən işlərdən danışıb və vurğulayıb ki, rəhbərlik etdiyi təşkilat seçkilərə hazırlığını YAP-ın Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun şəkildə davam etdirir. Qarşıdan gələn bələdiyyə seçkilərində rayonda 31 bələdiyyəyə 259 nəfər üzv seçiləcəyini söyləyən H.Tahirov əlavə edib ki, partiyanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu seçkilərdə gənclərin və qadınların namizədliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, partiya tərəfindən irəli sürülmüş namizədlərin 28 faizini gənclər (76 nəfər), 29 faizini (81 nəfər) qadınlar təşkil edir. Namizədlərdən 217 nəfəri ali təhsillidir. H.Tahirov partiyanın seçkilərə hazırlığının çox yüksək səviyyədə olduğunu söyləyərək əlavə edib ki, görülən işlər yekunda müsbət nəticələnəcək. O, rayon ictimaiyyətinin daim dövlətimizin taleyüklü məsələlərində xalqımızla həmrəylik nümayiş etdirdiyini söyləyib. Eyni zamanda, Füzuli sakinlərinin seçkilərdə hər zaman böyük fəallıq nümayiş etdirdiyini diqqətə çatdıraraq qarşıdan gələn bəldiyyə seçkilərində də bu fəallığın təkrarlanacağına əminliyini ifadə edib.
Sonra çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Astan Şahverdiyev ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük və çoxşaxəli islahatlardan danışıb. Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə aparılan quruculuq işlərinin təzahürləri hər bir rayonumuzda olduğu kimi Füzulidə də özünü büruzə verir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra olunması sayəsində Azərbaycanın hər bir rayonunun və şəhərinin simasının dəyişdiyini söyləyən millət vəkilinin sözlərinə görə, Füzuli rayonunda da bu dəyişiklikləri müşahidə etmək mümkündür. Rayonda aparılan böyük quruculuq işləri nəticəsində artıq işğal fəlakətinin ağır yaralarının sağalmağa başladığını deyən millət vəkili əlavə edib ki, açılan yeni iş yerləri, sənaye müəssisələri, təhsil və səhiyyə obyektləri əhalinin daha da yaxşı yaşamasına xidmət edir. Bələdiyyələrin üzərinə düşən vəzifə isə bu inkişaf prosesində daha fəal rol almaq, vətəndaşların problemlərinin həllində yaxından iştirak etməkdir. O, YAP tərəfindən namizədliyi irəli sürülmüş partiya fəallarının bələdiyyəyə seçiləcəkləri təqdirdə məhz bu məqsədlərə xidmət edəcəyini söyləyib. Millət vəkili bildirib ki, seçicilər də inkişafın davamlı olması üçün məhz YAP-ın namizədlərinə səs verməlidirlər.
YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Səs” İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru Bəhruz Quliyev də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi kursun ölkəmizin inkişafı üçün geniş imkanlar açdığını, dövlətimizin hər il daha da inkişaf etdiyini və müasirləşdiyini söyləyib. O, daha sonra, Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafındakı yerindən və rolundan geniş danışıb. B.Quliyevin sözlərinə görə, bu gün nəinki Azərbaycanın, bütövlükdə regionun ən böyük və mütəşəkkil partiyası olan YAP-ın uğurlarının əsasında xalq sevgisi, dəstəyi dayanır. Məhz bu dəstəyin nəticəsində partiyamız yarandığı tarixdən bu günə qədər ölkəmizdə keçirilən bütün siyasi kampaniyalardan, seçki prosesindən qalib ayrılıb: “Mən əminəm ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də YAP-ın namizədləri inamlı qələbə qazanacaqlar. çünki, YAP-ın fəalları hər zaman insanlarla bir yerdə olub, onları dinləyib. İnsanların tələblərini əvvəlcədən görən Yeni Azərbaycan Partiyası, hər zaman rasional addımlarla xalqın maraqlarını reallaşdırıb. Əlbəttə, bu, partiyamızın bir nömrəli funksiyasıdır, işidir. Xalqın maraqları üzərində həyata keçirilmiş işlər bu gün dinamik inkişaf edən Azərbaycanın, sosial rifah halı yüksələn insanların timsalında özünü qabarıq şəkildə büruzə verir. Bu baxımdan da, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs insanlar tərəfindən dəstəklənir. Bu qürurverici hal Yeni Azərbaycan Partiyasının fəallarını daha aktiv olmağa, məsuliyyəti dərinliyilə dərk etməyə həvəsləndirir”.
Baş redaktor, həmçinin, bələdiyyə seçkilərinin digər seçkilərdən fərqləndiyini söyləyib: “Bu seçkilər özünün spesifikliyi ilə fərqlənir. Belə ki, yerli seçkilərdə iştirak edib qələbə qazanmaq üçün həmin ərazidə kifayət qədər tanınmalısan. Bu prosesə qatılan siyasi təşkilatın da böyük potensialı və çox güclü sosial dayaqları olmalıdır. Partiyamız hər zaman ötən seçkilərin nəticələrini təhlil edir, uğurları qeyd etməklə yanaşı haradasa çatışmazlıqların olub-olmamasını öyrənir və beləliklə də, keçmiş təcrübədən istifadə etməklə növbəti seçkilərə hazırlaşır. Hazırda 500 minə yaxın üzvü olan partiyamız üçün bu prosesdə iştirak etmək çətin deyil”.
Sonra çıxış edən Bala Bəhmənli bələdiyyəsi üzrə namizədliyi YAP Füzuli rayon təşkilatı tərəfindən irəli sürülmüş Hüseyn Əliyev də rayondakı inkişaf prosesindən danışıb və bu prosesdə bələdiyyələrin rolunu xüsusi olaraq vurğulayıb. Onun sözlərinə görə, qarşıdan gələn bələdiyyə seçkilərində seçicilər yenidən YAP-ın namizədlərinə etimad göstərsə, bu inkişaf prosesi növbəti 5 ildə də davam edəcək. O, seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıb.
Rayonda növbəti tədbirlər isə Birinci Zobucuq və Araz Yağlıvənd bələdiyyələrində keçirilib. Burada da seçicilərə bələdiyyə seçkiləri haqqında ətraflı və geniş məlumat verilib, YAP-ın bu seçkilərlə bağlı qarşıya qoyduğu məqsədlər sakinlərin diqqətinə çatdırılıb. Tədbirlərdə çıxış edən YAP-ın namizədləri seçiləcəkləri təqdirdə bütün gücləri ilə xalqın və partiyanın etimadını doğrultmaq üçün çalışacaqlarını söyləyiblər. Seçicilər isə onların yeganə seçiminin Yeni Azərbaycan Partiyası olduğunu bir daha vurğulayıblar.
Sonda səlahiyyətli nümayəndələr seçicilərin suallarını cavablandırıblar.
Aqşin ŞAHİNOÄžLU

Paylaş:
Baxılıb: 1208 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30