“Yay məktəbi” layihəsi gənclər tərəfindən böyük maraqla qarşılanır
12.07.2019 [09:36]
YAP-ın gənc fəalı Fərəh Məcidzadə: “Artıq bir neçə gündür ki, YAP-ın gəncləri “Relax” istirahət mərkəzində həm istirahət edir, həm də respublikanın müxtəlif rayonlarından olan partiyanın fəalları ilə ünsiyyət qurur, seminarlarda müxtəlif mövzularda müzakirələr aparırlar. “Yay məktəbi” gənclərin bilik və bacarıqlarının artırılması baxımından çox effektiv bir layihədir. Biz burada müxtəlif mövzularda fikir mübadiləsi aparır, təkliflər verir və suallarımıza cavab tapırıq”.
YAP-ın gənc fəalı Lamiyə Hacızadə: “Yay məktəbi”ndə YAP Səbail rayon təşkilatının fəalı kimi iştirak edirəm. Biz bu dilbər guşədə həm istirahət edir, həm də digər iştirakçılarla ünsiyyət yaradırıq. Milli Məclisin deputatları seminarlarda suallarımızı cavablandırır, təkliflərimizi dinləyirlər. Biz gənclər, təbii ki, onlardan çox şey öyrənir, siyasi və intellektual səviyyəmizi artırırıq”.
YAP-ın gənc fəalı Aliyə Orucova: “Yay məktəbi” gənclərin maariflənməsi və siyasi biliklərinin artırılması baxımından vacibdir. Gənclər bir sıra əhəmiyyətli mövzulara toxunaraq ciddi fikir mübadiləsi aparırlar. Bu müzakirələrdə Milli Məclisin deputatları, YAP-ın rayon təşkilatlarının ən fəal üzvləri və digər qonaqlar iştirak edirlər. Eyni zamanda, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə müxtəlif intellektual oyunlar və idman yarışları keçirilir. Gənclərə belə bir şərait yaratdığı üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Səlim Rəhimzadə: “Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Məhz həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər yetişir. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır, dövlət idarəçiliyində irəli çəkilirlər. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb”.
YAP-ın gənc fəalı Ramiz Yusubov: “Bir neçə il öncə “Yay məktəbi” layihəsində iştirak etmişəm. Hər il gənclərin daha fəal və istəkli olduğunu müşahidə edirəm. Sevindirici haldır ki, burada olan fəallar uzun müddət bir-biri ilə əlaqə saxlayır, sosial şəbəkələrdə aktivlik nümayiş etdirir, partiya və dövlətin maraqlarına uyğun çıxışlar edirlər”.
YAP-ın gənc fəalı Leyla Quluzadə: “Bu tədbirlər çox yüksək səviyyədə təşkil olunur, gənclər hər zamankından daha fəaldırlar. Burada olmaq gənclərdə əlavə stimul və həvəs yaradır. Onlar həm əylənir, həm də bilik və bacarıqlarını artırırlar”.
YAP-ın gənc fəalı Namiq Muradov: “Burada gənclər öz inkişaf səviyyələrini artırmaqla yanaşı, qalıcı dostluq əlaqələri yaradır, Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşir, partiyamızın uğurlu siyasətinə dəstək nümayiş etdirirlər”.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Fuad Heydərli: “Burada millət vəkillərimizlə birlikdə səmimi dialoqda olub, öz siyasi biliklərimizi inkişaf etdiririk. Yeni Azərbaycan Partiyası daim gənclərin yanında olduğunu göstərir”.
YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Ənvər Haqverdiyev: “Artıq bir neçə dəfə yay və qış məktəblərinin iştirakçısı olmuşam. Mənim siyasi sferada gənc kimi inkişafımda məktəblərin əvəzsiz rolu olmuşdur. Nitq, ünsiyyətçilik, özünü ifadə kimi şəxsi qabiliyyətlərimin artırılmasında bu layihələr böyük əhəmiyyətə malikdir. Biz həm dincəlir, həm də müxtəlif təlimlərdə iştirak edirik, eyni zamanda, tanınmış siyasi xadimlərlə münasibət qurmaq, onlarla fikir mübadiləsi aparmaq fürsətimiz olur. Bu, biz gənclər üçün çox böyük stimuldur”.
YAP Gənclər Birliyinin koordinatoru Aliyə Ağrılı: “YAP müxtəlif sahələri özündə ehtiva edən, cəmiyyətin bütün təbəqələrini əhatə edən layihələr həyata keçirir. Təbii ki, bu zaman ölkə gəncliyi unudulmur. Onlara diqqət və qayğı göstərilməsi də YAP-ın fəaliyyətində əsas yerlərdən birini tutur. YAP Gənclər Birliyi tərəfindən artıq bir neçə ildir ki, böyük uğurla davam etdirilən və ölkənin bütün bölgələrindən olan gəncləri əhatə edən “Yay məktəbi” layihəsi ənənəyə çevrilib. Bu layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda yaşayan bütün gənclərin bir-birini daha yaxından tanıması, onlar arasında səmimi münasibətlərin yaradılması, ölkədə ictimai həyatın istənilən sahəsində dinamik inkişaf haqda gənclərə dolğun məlumatların çatdırılması, tanınmış siyasətçilərlə görüşlərin təşkil edilməsi, gənclərin ictimai-siyasi fəallığının artırılması, asudə vaxtın səmərəli təşkili və gələcəkdə müxtəlif sahələrdə çalışacaq gənclərdə liderlik kimi mühüm xüsusiyyətlərin formalaşdırılmasıdır”.
Taleh Bağırov,
“İki sahil”
Xəbər lenti
Hamısına baxSosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41

